Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasim...
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu
Siyasət

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu

Xpress.az Redaksiyası 13.10.2026 10:48

Oktyabrın 13-də Bakıda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Laos Prezidentinə raport verib.

Laos Xalq Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Laos Prezidenti Thonqlun Sisulitin qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Thonqlun Sisulitə, Laos nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

Sonda dövlət başçıları rəsmi foto çəkdiriblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək