Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycan Yaponiyanın “VIVANT” serialında geniş t...
Azərbaycan Yaponiyanın “VIVANT” serialında geniş təqdim olunacaq -
Ana səhifə

Azərbaycan Yaponiyanın “VIVANT” serialında geniş təqdim olunacaq - FOTO

Xpress.az Redaksiyası 15.10.2026 11:15

Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb.

Xpress.az xəbər verir ki, Azərbaycan Turizm Bürosu (ATB) “Tokyo Broadcasting System Television, Inc.” (TBS) ilə əməkdaşlıq çərçivəsində post-prodakşn mərhələsinə dəstək göstərib.



Serialın auditoriyasına Azərbaycanı daha geniş tanıtmaq məqsədilə "TBS" və “VIVANT”ın tanıtım kanalları vasitəsilə xüsusi kommunikasiya kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində sosial media paylaşımları, media və qəzet materialları, serialın rəsmi internet səhifəsində Azərbaycana həsr olunmuş xüsusi məzmun, bələdçi kitabı, aktyorların iştirakı ilə televiziya proqramları və çəkilişlərin pərdəarxası görüntülərinin təqdim edilməsi nəzərdə tutulur.

Serialın ikinci mövsümü Yaponiyada "TBS", "U-NEXT" və "TVer" platformalarında yayımlanacaq, daha sonra isə “Netflix” vasitəsilə beynəlxalq auditoriyaya təqdim olunacaq.



“VIVANT” serialının ilk mövsümü Yaponiyada 60 milyondan çox tamaşaçıya çatıb. İkinci mövsümdə Azərbaycanın geniş təqdim olunması ölkənin təbii və mədəni irsinin beynəlxalq auditoriyaya çatdırılmasına, eləcə də müxtəlif turizm məkanlarına marağın artırılmasına xidmət edəcək.

Bundan əlavə, "TBS" ilə əməkdaşlıq çərçivəsində bu ilin əvvəlində “World Heritage” proqramının çəkilişləri Azərbaycanda həyata keçirilib. Proqram vasitəsilə ölkənin turizm məkanlarının Yaponiyada tanıdılması istiqamətində iş aparılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

4 gün ardıcıl iş olmayacaq -

16.10.2026 21:10 Cəmiyyət

Avropadan 52 nəfər Azərbaycana qaytarılıb

16.10.2026 20:19 Cəmiyyət

Yeni marşrut xətti istifadəyə verilir

16.10.2026 20:02 Cəmiyyət

"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI

16.10.2026 19:32 Cəmiyyət

Məhkəmə su təchizatçısı şirkəti 5 min dollar cərimələdi

16.10.2026 18:51 İqtisadiyyat

Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT

16.10.2026 18:32 İqtisadiyyat

Azərbaycanda işsizlərin sayı artıb

16.10.2026 18:05 Cəmiyyət

Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı -

16.10.2026 17:39 Maraqlı

Azərbaycan İraqdan benzin almağa başlayıb

16.10.2026 17:21 İqtisadiyyat

Ramiz Mehdiyev YAP-dan çıxarıldı

16.10.2026 17:07 Siyasət

Vəzifəli şəxsin qərarına qanunsuz təsirlə bağlı iş məhkəməyə göndərildi

16.10.2026 16:34 Gündəm

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi

16.10.2026 16:09 Gündəm

Azərbaycan yeni dövlət standartlarının qəbulunu 10 dəfəyə yaxın artırıb

16.10.2026 15:35 İqtisadiyyat

İlqar Həsənov: Yerli məhsullar beynəlxalq standartlara uyğunlaşdırılır

16.10.2026 15:27 İqtisadiyyat

Zakir Fərəcov Sumqayıtda növbəti vətəndaş qəbulunu keçirib

16.10.2026 15:03 Cəmiyyət

Qadınlar gedir, kişilər qalır:

16.10.2026 14:59 Dünya

Simli qulaqlıqlar əvvəlki populyarlığını itirir

16.10.2026 14:14 Texnologiya

Ondan daha yaxşısını seçə bilməzdik - Əfsanə Tramp haqda

16.10.2026 14:03 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək