Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əmə...
Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir -
Ana səhifə

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir - FOTO

Xpress.az Redaksiyası 14.10.2026 14:56

Azərbaycan 12-14 oktyabr tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (HOTREC) 93-cü və “Hotelstars” İttifaqının (HSU) 12-ci Baş Assambleyalarında təmsil olunub.

Xpress.az xəbər verir ki, ölkəmizi Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev və Azərbaycan Hotel Assosiasiyasının (AHA) icraçı direktoru Əsmər Şabanova təmsil edib.

Tədbirlər çərçivəsində qonaqpərvərlik sektorunun inkişafı, hotel təsnifatı meyarları, xidmət keyfiyyətinin yüksəldilməsi, tənzimləyici və institusional yeniliklər, rəqəmsallaşma və dayanıqlılıq məsələləri müzakirə olunub. Avropa ölkələrinin hotel assosiasiyalarının nümayəndələri arasında fikir mübadiləsi aparılıb, sahə üzrə qabaqcıl təcrübələr və əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Baş Assambleyalar çərçivəsində Rəşad Əliyev Azərbaycanın hotel təsnifatı sahəsində həyata keçirilən təşəbbüslər və hotel sektorunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbirlər zamanı HOTREC-in prezidenti Aleksandros Vassilikos və "Hotelstars" İttifaqının prezidenti Markus Luthe ilə görüşlər keçirilib. Görüşlərdə beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi və qonaqpərvərlik sektorunda gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Müvafiq beynəlxalq tədbirlərdə iştirak Avropa tərəfdaşları ilə əməkdaşlığın inkişafına, hotel təsnifatı və xidmət keyfiyyəti üzrə qabaqcıl təcrübələrin öyrənilməsinə, eləcə də ölkənin qonaqpərvərlik sektorunun inkişafına töhfə verir.

Avropanın hotel, restoran və kafe sektorunu təmsil edən HOTREC 36 ölkədən 47 milli assosiasiyanı birləşdirir. “Hotelstars” İttifaqı isə üzv ölkələrdə hotellərin ulduz təsnifatının vahid meyarlar əsasında aparılması və xidmət keyfiyyətinin artırılması istiqamətində fəaliyyət göstərir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

4 gün ardıcıl iş olmayacaq -

16.10.2026 21:10 Cəmiyyət

Avropadan 52 nəfər Azərbaycana qaytarılıb

16.10.2026 20:19 Cəmiyyət

Yeni marşrut xətti istifadəyə verilir

16.10.2026 20:02 Cəmiyyət

"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI

16.10.2026 19:32 Cəmiyyət

Məhkəmə su təchizatçısı şirkəti 5 min dollar cərimələdi

16.10.2026 18:51 İqtisadiyyat

Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT

16.10.2026 18:32 İqtisadiyyat

Azərbaycanda işsizlərin sayı artıb

16.10.2026 18:05 Cəmiyyət

Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı -

16.10.2026 17:39 Maraqlı

Azərbaycan İraqdan benzin almağa başlayıb

16.10.2026 17:21 İqtisadiyyat

Ramiz Mehdiyev YAP-dan çıxarıldı

16.10.2026 17:07 Siyasət

Vəzifəli şəxsin qərarına qanunsuz təsirlə bağlı iş məhkəməyə göndərildi

16.10.2026 16:34 Gündəm

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi

16.10.2026 16:09 Gündəm

Azərbaycan yeni dövlət standartlarının qəbulunu 10 dəfəyə yaxın artırıb

16.10.2026 15:35 İqtisadiyyat

İlqar Həsənov: Yerli məhsullar beynəlxalq standartlara uyğunlaşdırılır

16.10.2026 15:27 İqtisadiyyat

Zakir Fərəcov Sumqayıtda növbəti vətəndaş qəbulunu keçirib

16.10.2026 15:03 Cəmiyyət

Qadınlar gedir, kişilər qalır:

16.10.2026 14:59 Dünya

Simli qulaqlıqlar əvvəlki populyarlığını itirir

16.10.2026 14:14 Texnologiya

Ondan daha yaxşısını seçə bilməzdik - Əfsanə Tramp haqda

16.10.2026 14:03 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək