Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycanın sağlamlıq turizmi potensialı Samsunda...
Azərbaycanın sağlamlıq turizmi potensialı Samsunda təqdim olunub -
Ana səhifə

Azərbaycanın sağlamlıq turizmi potensialı Samsunda təqdim olunub - FOTO

Xpress.az Redaksiyası 16.10.2026 14:37

Türkiyənin Samsun şəhərində III Beynəlxalq Samsun İkiztepe Sağlamlıq Sammiti və Şimali Anadolu Sağlamlıq və Tibbi Sərgisi keçirilir.

Xpress.az xəbər verir ki, oktyabrın 18-dək davam edəcək tədbirdə Azərbaycanın turizm nümayəndə heyəti iştirak edir.

Sammitdə Dövlət Turizm Agentliyinin sektor müdiri Rüstəm Mehtizadə Azərbaycanın sağlamlıq turizmi potensialı və inkişaf perspektivləri barədə təqdimatlarla çıxış edib.

Təqdimatlarda Naftalan neftinin sağlamlıq turizmində əhəmiyyəti, ölkənin zəngin mineral və termal su ehtiyatları, regionlarda yeni turizm məhsullarının yaradılması imkanları, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqətə çatdırılıb. Həmçinin tibbi turizmin inkişaf perspektivləri barədə məlumat verilib.

Çıxışlarda Kəlbəcər rayonunun, xüsusilə "İstisu" mineral su mənbələrinin sağlamlıq turizmi baxımından potensialı vurğulanıb. Regionun zəngin təbii resurslarının müasir sağlamlıq və istirahət xidmətləri ilə birləşdirilməsi, müvafiq infrastrukturun inkişafı və yeni turizm məhsullarının yaradılması imkanları qeyd olunub. Eyni zamanda, Kəlbəcərdə sağlamlıq turizminin inkişafı üçün investorların cəlb edilməsi, özəl sektorun iştirakı və əlverişli investisiya mühitinin yaratdığı imkanlar diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) sədri Ceyhun Aşurov Azərbaycanda termal turizmin potensialı, mineral və termal su ehtiyatlarının turizm məqsədilə istifadəsi, bu istiqamətdə mövcud imkanlar və inkişaf perspektivləri barədə təqdimatlar edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Samsun valisi Orhan Tavlı ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə dostluq münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

DEEA tərəfidən yaşıllıq zonasının salınması üzrə ağacəkmə aksiyası keçirilib

23.10.2026 13:16 Gündəm

İbad Hüseynov Gürcüstanda

23.10.2026 12:29 Cəmiyyət

Yenidən dövlət auditoru təyin edilən Hafiz İsmayılbəyli kimdir? -

23.10.2026 12:15 Gündəm

Sabah bəzi yerlərdə yağış yağacaq

23.10.2026 12:15 Cəmiyyət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

23.10.2026 12:09 Siyasət

Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb -

23.10.2026 11:02 Cəmiyyət

Dövlət vəzifəsindən ayrılsalar da, federasiya prezidenti qaldılar

23.10.2026 09:42 Cəmiyyət

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23.10.2026 09:33 Ana səhifə

"AZCON Holding"in bu şirkətlərinin birləşdirilməsi gözlənilir -

23.10.2026 08:32 Cəmiyyət

Bu səlahiyyət Sosial Xidmətlər Agentliyinə verildi

22.10.2026 20:15 Cəmiyyət

“Routes World 2026” forumunda Azərbaycana yeni birbaşa uçuşların açılması müzakirə olunur

22.10.2026 18:49 Ana səhifə

Əhalinin NƏZƏRİNƏ - Qrip əleyhinə peyvəndlənmə başladı -

22.10.2026 17:48 Sağlamlıq

25 il əvvəl törədilən qətlin təfərrüatları məlum olub

22.10.2026 17:31 Hadisə

Soyuq evdə paltarları necə qurutmaq olar?

22.10.2026 16:09 Cəmiyyət

Nazim Qasımzadə yüksək vəzifəyə

22.10.2026 15:44 Cəmiyyət

Bakı metrosuna yeni sədr müavini təyin edildi

22.10.2026 15:33 Gündəm

“Nəcib Əllər” Uşaqlara Dəstək İctimai Birliyi “psixo-art master klası” keçirib -

22.10.2026 15:06 Cəmiyyət

Onlar da doğma yurda qayıdır -

22.10.2026 14:29 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək