Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Neft tankeri Hörmüzdə minaya düşüb
Neft tankeri Hörmüzdə minaya düşüb
Dünya

Neft tankeri Hörmüzdə minaya düşüb

Xpress.az Redaksiyası 27.10.2026 17:37

Daha bir neft tankeri Hörmüz boğazından keçərkən minaya düşüb.

İran ordusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqində bir neft tankerinin dəniz minası ilə toqquşması nəticəsində zədələndiyini və yanğın baş verdiyini açıqlayıb.

Məlumata görə, bir neçə saat əvvəl izləmə sistemlərini söndürərək Hörmüz boğazının şərqindəki qadağan olunmuş və təhlükəli ərazidən keçməyə çalışan qayda pozuntusuna yol vermiş tanker dəniz minalarına toxunaraq zədələnib.

Bildirilib ki, Hörmüz boğazı qaydaları pozan və əvvəlcədən razılaşdırmadan keçməyə çalışan gəmilər üçün təhlükəlidir və bağlıdır.

Təhlükəsiz keçid üçün İran silahlı qüvvələri ilə zəruri koordinasiya aparılmalı olduğu vurğulanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək