Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media Akif Aşırlı MŞ İdarə Heyətinə seçkilərə qatılmamağ...
Akif Aşırlı MŞ İdarə Heyətinə seçkilərə qatılmamağının səbəbini açıqladı:
Media

Akif Aşırlı MŞ İdarə Heyətinə seçkilərə qatılmamağının səbəbini açıqladı: "Gənclərə imkan yaratmaq üçün..."

Xpress.az Redaksiyası 15.10.2026 17:30

Sabah Azərbaycan jurnalistlərinin növbəti qurultayı keçiriləcək.

Xpress.az xəbər verir ki, iki dönəm Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətində təmsil olunan və mətbuatın inkişafına öz töhfəsini verən tanınmış jurnalist Akif Aşırlı bu dəfə İdarə Heyətinə keçiriləcək seçkilərdə iştirak etməyəcəyini bəyan edib.

Adı üzv təşkilatlar və redaksiyalar tərəfindən təqdim olunan namizədlər siyahısında yer alsa da, A.Aşırlı bu addımı gənclərə yol açmaq məqsədilə atdığını bildirib:

"Verilən suallara cavab olaraq bildirmək istəyirəm ki, qərarım Mətbuat Şurası İdarə Heyətinə yeni üzvlərin, xüsusən gənclərin seçilməsinə imkan yaratmaqla bağlıdır. Sabah seçiləcək yeni heyəti bəri başdan təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram!"

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək