Jurnalistlərin qurultayı: namizədlərin siyahısı açıqlandı
Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə namizədlərin siyahısı açıqlanıb.
Xpress.az xəbər verir ki, siyahı Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketləri əsasında müəyyənləşdirilib. Üzv təşkilatlar tərəfindən namizəd kimi göstərilmiş və səs toplamış Mətbuat Şurası İdarə Heyətinin hazırkı üzvlərindən – Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Akif Aşırlı və Yadigar Məmmədli adlarının bu seçki bülleteninə daxil olunmamasını istəyiblər.
Mətbuat Şurasının İdarə Heyəti jurnalistlərin 9-cu qurultayında formalaşdırılacaq.
Qurultay oktyabrın 16-sı Rəşid Behbudov adına Mahnı Teatrının binasında keçiriləcək.
Qurultayda 200-dən çox nümayəndənin iştirakı gözlənir.
Medianın özünütənzimləmə qurumu olan Mətbuat Şurası 2003-cü ildə yaradılıb. Təşkilatın qurultayları 4 ildən bir keçirilir. 2003-2022-ci illərdə Mətbuat Şurasına Əflatun Amaşov sədrlik edib. 2022-ci ildən sədr postunu Rəşad Məcid tutur.
Rəşad Məcidin Medianews.az-a bildirdiyinə görə, qurultayda Mətbuat Şurası sədrinin məruzəsi, şuranın Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənəcək: “Mətbuat Şurasının nizamnaməsinə və “Jurnalistlərin etik davranış qaydaları”na dəyişikliklər edilməsi ilə bağlı təkliflər var. Həmin təkliflər qurultayın müzakirəsinə təqdim olunacaq”.
Mətbuat Şurası rəhbərliyinə seçkilərə gəlincə, R.Məcid bildirib ki, tədbir başlananda qurultay nümayəndələrinə bülletenlər paylanacaq və onlar namizədlərə səs verəcəklər. Say komissiyası səsvermənin nəticələrini hesablayandan sonra İdarə Heyətinin yeni tərkibi elan olunacaq. İdarə Heyətinin üzvləri arasından isə qurultay Mətbuat Şurasının sədrini seçəcək.
Jurnalistlərin 9-cu qurultayının gündəliyinə Azərbaycan Prezidentinə müraciətin qəbul edilməsi məsələsi də daxildir.
Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə jurnalist namizədlər:
Hacıbəy Heydərli – “Azxeber.com” saytı;
Orxan Amaşov – AnewZ;
Səadət Məmmədova – ATV;
Nurşən Quliyev – APA;
Vüqar Rəhimzadə - “İki sahil” qəzeti;
Elşad Eyvazlı – Modern Media Qrupu;
Vəfa Həmzəyeva – Real TV;
Elmira Musazadə - CBC;
Seyfəddin Hüseynli – “525-ci qəzet”;
Qalib İbrahimoğlu – “Bakivaxti.az” saytı;
Fərid Şahbazlı – “Editor.az” saytı;
Elçin Alıoğlu – “Trend” İA;
Anar Tahirov – “Bizim.media” saytı;
Hümbət Musayev – “Xalq qəzeti”;
Aqil Camal – “Türküstan” qəzeti;
Ələsgər Süleymanov – “Yeni Müsavat” Media Qrupu;
Rey Kərimoğlu – “Qaziler.az” saytı;
Səbuhi Abbasov – “7news.az” saytı;
Rafail Becanov – “Cümhuriyyət” qəzeti;
Əli Həziquliyev – “Elçi” qəzeti;
Əli İbrahimov – “Xalq cəbhəsi” qəzeti;
Telman İsa – “Aktor.az” saytı;
Əli Vəliyev – “Manset.az” saytı;
Famil İbrahimov – “Manset.az” saytı;
Mübariz Göyüşlü – “Crossmedia.az” saytı;
Əfsələddin Ağalarov – “Azxeber.com” saytı;
Şakir Ağayev – “Novoye vremya” qəzeti;
Hafiz Heydərov – “Lent.az” saytı.
Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə ictimaiyyət nümayəndələri olan namizədlər:
Vüqar Zifəroğlu – BDU, Jurnalistika fakültəsi;
Müşfiq Ələsgərli – Jurnalistlərin Həmkarlar İttifaqı;
Əminə Yusifqızı – Veteran jurnalist;
Bəhruz Məmmədzadə - “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyi;
Fərid Pərdəşünas - Technote Media Şirkəti;
Könül Niftəliyeva – BDU, Jurnalistika fakültəsi;
Ayaz Mirzəyev “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi;
Azər Həsrət – Bayraqdar Media
Yeganə Hacıyeva – Gənc Demokratlar İnstitutu;
Emil Həsənli – hərbi ekspert;
Nadir İsmayılov – CASCFEN;
Xanoğlan Əhmədov – “Media və Mülki Cəmiyyət” İctimai Birliyi
Vüqar Oruc – Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti;
Niyaməddin Orduxanlı – ƏHD Partiyası;
Rəhim Hüseynzadə - Veteran jurnalist;
Zaur İbrahimli – Politoloq;
Qafar Çaxmaqlı – Tədqiqatçı jurnalist;
Şəmsiyyə Kərimova – Veteran jurnalist.