Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Müəllimlərin pensiyası necə artırıla bilər?
Müəllimlərin pensiyası necə artırıla bilər?
Cəmiyyət

Müəllimlərin pensiyası necə artırıla bilər?

Xpress.az Redaksiyası 15.10.2026 12:22

"Müəllimlərin pensiya təminatının yaxşılaşdırılması üçün onların əməkhaqlarının artırılması və pensiya kapitalının yüksəldilməsi vacibdir".

Bunu Milli Məclisin deputatı Elşad Musayev müəllimlərin əməkhaqları və pensiya təminatı ilə bağlı Bakıvaxtı.az-a danışarkən bildirib.

Deputat qeyd edib ki, müəllimlər cəmiyyətin xüsusi təbəqəsidir və o, özü də müəllim ailəsindən olduğu üçün müəllimlərin cəmiyyətdəki rolunu yaxşı bilir:


"Ölkənin gələcəyini indiki yeniyetmələr, uşaqlar və gənclər təşkil edir. Onlara təlim-tərbiyə verən, dərs öyrədən müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Buna görə də ilk növbədə müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına çalışmaq lazımdır. Bunun üçün sosial müdafiə sahəsində imkanlar genişlənməlidir".

Elşad Musayev müəllimlərin pensiya təminatının yaxşılaşdırılması məsələsinə də toxunub. O bildirib ki, bu sahədə qanunvericilik mövcuddur və hazırda pensiya islahatları ilə bağlı məsələlər Milli Məclisin plenar iclaslarında da müzakirə olunur.


Deputat hesab edir ki, müəllimlərin pensiya təminatını yaxşılaşdırmaq üçün ilk növbədə onların əməkhaqlarının yüksək olmasına çalışmaq lazımdır. Onun sözlərinə görə, müəllimlərin əməkhaqları ildən-ilə artır və bu, müsbət haldır. Gələcəkdə də müəllimlər cəmiyyətin xüsusi təbəqəsi kimi nəzərə alınmalı, onların əməkhaqlarının artırılmasına xüsusi diqqət yetirilməlidir.

"Verilən mesajlar gələn ildən minimum əməkhaqqının və orta aylıq əməkhaqqının artırılmasının gözlənildiyini göstərir. Ölkənin iqtisadi potensialı güclü olduqda və əməkhaqları yüksək səviyyəyə çatdıqda müəllimlərin pensiya kapitalı da artır. Belə olduğu halda, müəllimlərin daha yaxşı pensiya təminatından danışmaq mümkün olur".

Deputat əlavə edib ki, gələcəkdə müəllimlər üçün hər hansı xüsusi və fərqləndirici mexanizmlərin tətbiqi məsələsi gündəmə gələrsə, bu barədə də müzakirələr aparmaq olar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Yəməndə husilər prezident sarayına hücum etdilər

15.10.2026 20:19 Dünya

65 yaşadək şəxslərə şans:

15.10.2026 19:49 Cəmiyyət

Onun edamı canlı yayımlanmayacaq -

15.10.2026 18:45 Dünya

Aysel Şükürova keçmiş həyat yoldaşını

15.10.2026 17:40 Şou-Biznes

Akif Aşırlı MŞ İdarə Heyətinə seçkilərə qatılmamağının səbəbini açıqladı:

15.10.2026 17:30 Media

 “Kapital Bank” ona aid olmayan BOKT-a görə

15.10.2026 17:19 İqtisadiyyat

Jurnalistlərin qurultayı:

15.10.2026 17:16 Media

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE

15.10.2026 17:00 Cəmiyyət

“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir

15.10.2026 16:23 İqtisadiyyat

Ramiz Mehdiyevin növbəti məhkəmə tarixi bəlli oldu

15.10.2026 16:06 Cəmiyyət

"Binance Research"ün oktyabr hesabatından əsas məqamlar

15.10.2026 15:12 İqtisadiyyat

Məktəbə hücum edənlər həbs olundu

15.10.2026 14:48 Təhsil

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

15.10.2026 14:13 Cəmiyyət

“Rabitəbank”ın balans kapitalında 7% AZALMA

15.10.2026 13:50 İqtisadiyyat

"Bank Respublika"ya korporativ katib təyin olundu

15.10.2026 13:30 İqtisadiyyat

“Bizi müharibəyə Ermənistan məcbur edib”

15.10.2026 12:51 Cəmiyyət

“Ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri davamlı ikili standartlarla üzləşib”

15.10.2026 12:00 Cəmiyyət

Bakıda kollecdə

15.10.2026 11:54 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək