İqtisadiyyat
“Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Xpress.az Redaksiyası
15.10.2026 17:19
“Kapital Bank” ASC ona məxsus “Birbank İnvest” mobil tətbiqi vasitəsilə “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarına abunə yazılmaq imkanı yaradıb.
Bu barədə Yurd.Media-ya Bankdan bildirilib.
Məlumata görə, bu xidmət “Kapital Bank”la birlikdə “PAŞA Holdinq” MMC-də təmsil olunan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunur.
Xatırladaq ki, “Embafinans”ın səhmlərinin 86%-i Elşad Abbasova, 14%-i isə Tamara Polyakovaya məxsusdur. Yəni, BOKT-un “Kapital Bank”la bağlılığı yoxdur. Bankın törəməsi olan BOKT isə “Bir Kredit” MMC-dir