"Azərbaycan Sənaye Bankı"nın tələbli depozitləri 116 milyon manatdan çox azalıb
2026-cı ilin III rübünün sonuna Azərbaycan Sənaye Bankının (ASB) cəmi öhdəlikləri 721 milyon 835,9 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınan 672 milyon 819,1 min manatla müqayisədə 49 milyon 16,8 min manat və ya 7,3 faiz artıb.
Hesabat dövründə bankın depozit portfeli 511 milyon 415 min manata çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 474 milyon 478,6 min manat olub.
Beləliklə, depozit portfeli illik müqayisədə 36 milyon 936,4 min manat və ya 7,8 faiz böyüyüb.
Fiziki şəxslərin tələbli depozitləri 89 milyon 774,6 min manat və ya 84,3 faiz azalaraq 16 milyon 681,5 min manata enib. 2025-ci ilin sentyabr ayının sonunda bu göstərici 106 milyon 456,1 min manat təşkil edib.
Hüquqi şəxslərin tələbli depozitləri isə 26 milyon 577,5 min manat və ya 30,2 faiz azalaraq 88 milyon 60 min manatdan 61 milyon 482,5 min manata düşüb.
Bunun əksinə olaraq, müddətli depozitlər üzrə əhəmiyyətli artım qeydə alınıb.
Belə ki, fiziki şəxslərin müddətli depozitləri illik müqayisədə 82 milyon 219,5 min manat və ya 40,4 faiz artaraq 285 milyon 689,3 min manata çatıb. Ötən ilin eyni dövründə bu göstərici 203 milyon 469,9 min manat olub.
Hüquqi şəxslərin müddətli depozitləri isə 71 milyon 69 min manat və ya 92,9 faiz artaraq 147 milyon 561,6 min manat təşkil edib. 2025-ci ilin III rübünün sonunda bu göstərici 76 milyon 492,6 min manat səviyyəsində olub.