Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya “Mavi Yüzyıl” Yeşim Eryılmazın rəhbərliyi ilə nəşr...
“Mavi Yüzyıl” Yeşim Eryılmazın rəhbərliyi ilə nəşr həyatına başladı
Dünya

“Mavi Yüzyıl” Yeşim Eryılmazın rəhbərliyi ilə nəşr həyatına başladı

Xpress.az Redaksiyası 02.10.2026 12:04

“Mavi Yüzyıl” Qəzeti və rəqəmsal yayım platforması olan www.maviyüzyıl.com, jurnalist və TV xəbər proqramçısı Yeşim Eryılmazın baş redaktorluğu ilə nəşr həyatına başladı.

Xpress.az xəbər verir ki, Türk Dünyası, Türkiyə, Kıbrıs və geniş Türk coğrafiyasındakı hadisələri oxucularına çatdırmağı hədəfləyən “Mavi Yüzyıl”, regional və beynəlxalq gündəmi xəbərlər, təhlillər və xüsusi məzmunlarla izləyəcək.

Uzun illərdir Türk Dünyası və Şərqi Aralıq dənizi (Doğu Akdeniz) üzrə etdiyi xəbər və proqramları ilə tanınan Eryılmazın rəhbərlik etdiyi qurum, Türk dövlətləri və icmaları arasındakı siyasi, iqtisadi, mədəni və sosial proseslərə xüsusi önəm verəcək.

“Mavi Yüzyıl” Türk Dünyasının ortaq dəyərlərini, inkişaf proseslərini və səsini güclü bir yayım anlayışı ilə ictimaiyyətə çatdırmağı hədəfləyir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək