Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Beşinci “NewsLab” təlim proqramı YEKUNLAŞDI:
Beşinci “NewsLab” təlim proqramı YEKUNLAŞDI:
Ana səhifə

Beşinci “NewsLab” təlim proqramı YEKUNLAŞDI: Beş tələbə televiziyada İŞƏ DÜZƏLDİ - FOTO

Xpress.az Redaksiyası 29.10.2026 18:38

Bakı Dövlət Universiteti (BDU) və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində beşinci “NewsLab” təlim proqramı yekunlaşıb.

Xpress.az BDU-nun saytına istinadla xəbər verir ki, təlimə cəlb olunan 9 tələbədən 5-i telekanalda işlə təmin edilib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı, Azərbaycan Mətbuat Şurasının sədri, professor Vüqar Əliyev “ARB 24” telekanalının fakültənin tələbələri üçün əsl yaradıcılıq emalatxanasına çevrildiyini və kanalın əməkdaşlarının böyük əksəriyyətinin məhz BDU-nun Jurnalistika fakültəsinin məzunları olduğunu qeyd edib: “NewsLab” təlim proqramı tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla cilalanması baxımından çox faydalı platformaya çevrilib”.

“ARB 24” MMC-nin direktoru Radik İsmayılov təlim proqramına hər il marağın artdığını bildirib. Artıq beş ildir keçirilən proqramın yalnız “ARB 24” üçün deyil, müxtəlif media subyektləri üçün bacarıqlı jurnalistlər hazırladığını deyib.

BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova rəqəmsallaşma və süni intellektin mediaya bu qədər çox siraət etdiyi dövrdə gənc jurnalistləri diqqətli olmağa çağırıb, fəaliyyətlərində dəqiqlik və obyektivlik kimi əsas prinsiplərə əməl etməyin vacibliyini vurğulayıb, proqramı uğurla bitirən və işlə təmin olunan gəncləri təbrik edib.

Qeyd edək ki, təlim proqramı 3 ay davam edib. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunublar.

2022-ci ildən keçirilən “NewsLab” təlim proqramı çərçivəsində BDU-nun 30 məzunu işlə təmin olunub. Birgə layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək