Dünya
Konqoda Eboladan ölənlərin sayı 4 178-ə çatdı
Xpress.az Redaksiyası
07.10.2026 16:21
Konqoda Ebola qızdırmasına təsdiqlənmiş yoluxma hallarının sayı artaraq 8 665-ə çatıb.
Xpress.az xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə İnstitutunun məlumatında bildirilib.
Hesabata əsasən, ölənlərin sayı 4 178 nəfər olub.
"Cavab tədbirləri 7 əyalətdə və zərərçəkmiş 64 rayonda davam edir: 8 665 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, 890 xəstə təcrid və stasionar şəraitindədir, 2 259 nəfər sağalıb", - deyə məlumatda qeyd edilib.
Daha əvvəl Konqonun səhiyyə naziri Samuel Roje Kamba Ebola epidemiyasının hakimiyyət tərəfindən tam nəzarətə götürüldüyünü bəyan etmişdi.