Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Ermənistan Azərbaycan hərbçisini Bakıya qaytaracaq...
Ermənistan Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı?
Gündəm

Ermənistan Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı?

Xpress.az Redaksiyası 07.10.2026 16:42

Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin yaxın vaxtlarda heç bir qarşılıqlı addım gözlənilmədən, "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var.

Xpress.az Oxu.az-a istinadla xəbər verir ki, bu fikri erməni vəkil Ovannes Xudoyan irəli sürüb.

Hüquqşünasın sözlərinə görə, hadisənin təfərrüatını və irəli sürülən ittihamların reallığa nə dərəcədə uyğun olduğunu qəti şəkildə qiymətləndirmək üçün hələ tezdir. Xudoyan istintaqın ilk günlərində yayılan ziddiyyətli məlumatlara diqqət çəkib.

Vəkil hesab edir ki, mövcud vəziyyət nəzərə alınmaqla, hərbçiyə adam öldürməyə cəhdə qədər daha ağır maddələrlə ittihamlar verilə bilərdi. Bununla yanaşı, o, əsgərin yolu azaraq, yoxsa qəsdən sərhədi keçdiyinin istintaq gedişində tam aydınlaşacağını vurğulayıb.

Xudoyanın fikrincə, hərtərəfli araşdırmanın hələ aparılmadığı ilk gündə insidentlə bağlı bəzi məlumatların ictimailəşdirilməsi müəyyən şübhələr yaradır. O, baş verən hadisəyə görə yalnız Azərbaycan hərbçisinin deyil, eyni zamanda sərhəd pozuntusunun qarşısını almalı olan şəxslərin də məsuliyyət daşıdığını bildirib.

"Həm Azərbaycan hərbçisi, həm də bunu əngəlləməli olub vəzifəsini icra etməyənlər günahkardır", - deyə o qeyd edib.

Vəkilin sözlərinə əsasən, hərbçinin əməllərinə verilən hüquqi qiymət gələcəkdə dəyişə bilər: hazırda daha yüngül ittiham irəli sürülsə də, sonradan bu, daha ağır maddə ilə əvəzlənə bilər. O, istintaq prosesinin davam etdirilməsinin və hərbçiyə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən sərt maddənin tətbiq olunmasının tərəfdarı olduğunu vurğulayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək