Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə XİN Qara dənizdə gəminin dronla vurulması barədə:
XİN Qara dənizdə gəminin dronla vurulması barədə:
Hadisə

XİN Qara dənizdə gəminin dronla vurulması barədə: Kapitan həlak olub

Xpress.az Redaksiyası 06.10.2026 10:11

Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.

Xpress.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımız 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu itkin düşüb. Hal-hazırda, müvafiq axtarış tədbirləri həyata keçirilir.

Gəmi heyətində olan digər vətəndaşlarımız xilas edilib, onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin vətənə gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülür:

"Həlak olan soydaşlarımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.

Bir daha Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, eləcə də riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırış edirik".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi -

06.10.2026 20:46 Gündəm

Xaçmaz icra nümayəndəliklərində

06.10.2026 20:12 Cəmiyyət

Ombudsmanın maaşı dörd dəfə artırıldı -

06.10.2026 18:02 Siyasət

"Əlimiz tətikdədir, ABŞ-ni peşman edəcəyik"

06.10.2026 17:47 Dünya

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları

06.10.2026 17:21 Gündəm

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib -

06.10.2026 16:59 Cəmiyyət

AQTA əməkdaşlarını restorana buraxmadı,

06.10.2026 16:31 Cəmiyyət

İlham Əliyev Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət edib

06.10.2026 16:10 Siyasət

Korrupsiya barədə məlumat verən şəxsə

06.10.2026 15:56 Siyasət

Azı 50 işçisi olan şirkətlər qarşısında

06.10.2026 15:32 Siyasət

Almaniya şokda: Ölkənin baş kəşfiyyatçısı casus imiş

06.10.2026 15:15 Dünya

Dünyada 3,4 milyard insan mənzil böhranı ilə üz-üzədir

06.10.2026 14:21 Dünya

Bakıya uçuş. İncəsənət həftəsonu”:

06.10.2026 14:15 Mədəniyyət

Fizika üzrə Nobel mükafatı laureatı məlum oldu

06.10.2026 14:05 Dünya

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

06.10.2026 13:55 Cəmiyyət

“Süni intellekt üzrə Azərbaycan-Belarus əməkdaşlığı üçün geniş imkanlar var”

06.10.2026 13:48 Texnologiya

Bu quruma yeni direktor təyin edildi

06.10.2026 13:39 Gündəm

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

06.10.2026 13:14 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək