Zaur Baxşəliyev 53 nömrəli məktəbi ziyarət edib — Məktəb illərini duyğu dolu xatirələrlə yad etdi
Məşhur aparıcı Zaur Baxşəliyev 53 nömrəli tam orta məktəbə baş çəkib.
Xpress.az xəbər verir ki, aparıcının məktəbə bu dəfəki ziyarətinin səbəbi isə qohumu Əli olub.
Məktəb həyətinə qədəm qoyarkən uşaqlıq illərinə qayıdan Zaur Baxşəliyev şagirdlik dövrü ilə bağlı unudulmaz xatirələrini bölüşüb. O, öz məktəb illərindən, həmin dövrün saflığından və səmimiyyətindən həyəcanla söz açıb.
Aparıcı xüsusilə vahid məktəb geyiminin insanlarda yaratdığı bərabərlik və xoş hisslərdən bəhs edərək bildirib ki, həmin illərin sadəliyi və məktəb mühitinin təmizliyi onun üçün hər zaman əziz bir xatirə olaraq qalacaq.
Zaur Baxşəliyevin doğma təhsil ocağında keçirdiyi duyğulu anlar sosial şəbəkə izləyiciləri tərəfindən də maraqla və rəğbətlə qarşılanıb.