İqtisadiyyat
Sığorta sektorunun investisiya portfeli 11%-ə yaxın kiçilib
Xpress.az Redaksiyası
20.10.2026 12:20
Bu il iyulun 1-nə Azərbaycanın sığorta şirkətləri 1 581 milyon manatlıq investisiya portfelinə malik olub.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 10,8% azdır.
Sığortaçıların investisiya aktivləri əsasən dövlət və korporativ qiymətli kağızlardan və bank depozitlərindən ibarətdir.