Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Zelenski Trampın təklifini təhlükəli adlandırıb
Zelenski Trampın təklifini təhlükəli adlandırıb
Dünya

Zelenski Trampın təklifini təhlükəli adlandırıb

Xpress.az Redaksiyası 07.11.2026 16:23

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı səsləndirdiyi “böyük saziş” təklifinin təhlükəli ola biləcəyini bildirib.

Zelenski bu barədə CNN telekanalına müsahibəsində danışıb.

Ukrayna lideri Trampın təklif etdiyi razılaşmanın təfərrüatlarını tam bilmədiyini, lakin onun mümkün nəticələrindən narahat olduğunu bildirib.

“Düzünü desəm, mənim üçün bu, sadə məsələ deyil və təhlükəli ola bilər”, – Zelenski qeyd edib.

O bildirib ki, hazırda müxtəlif təkliflər və danışıqlar aparılır. Zelenski Ukraynada atəşkəsin əldə olunmasını və bundan sonra gərginliyin azaldılması istiqamətində addımların atılmasını dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 5-də Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşündən sonra Ukrayna ilə bağlı böyük sazişin əldə olunacağını bildirib. ABŞ Prezidenti mümkün razılaşmanın yalnız Ukraynanı deyil, bütün Avropanı əhatə edə biləcəyini söyləyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək