Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Konqoda silahlı qruplaşmad azı 37 nəfər ölüb
Konqoda silahlı qruplaşmad azı 37 nəfər ölüb
Dünya

Konqoda silahlı qruplaşmad azı 37 nəfər ölüb

Xpress.az Redaksiyası 07.11.2026 15:42

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub.

Bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb.

Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəli olan "Demokratik Qüvvələr Alyansı" (ADF) qruplaşmasının üzərinə qoyurlar.

Hücum edənlər bir neçə məhəlləyə basqın edib, 50-yə yaxın evi və ticarət obyektlərini yandırıb, aptekləri və tibb mərkəzlərini qarət edib, bundan sonra isə meşədə gizləniblər.

Bu, bir həftə ərzində ADF qruplaşması ilə əlaqələndirilən artıq ikinci hücumdur. Noyabrın 3-də silahlı şəxslər Lubero rayonundakı Maykenqu kəndinə də hücum etmişdilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək