Gündəm
ABŞ səfirliyi gələn həftə 3 gün işləməyəcək
Xpress.az Redaksiyası
07.11.2026 13:30
ABŞ-nin Azərbaycandakı səfirliyi gələn həftə üç gün işləməyəcəyi barədə məlumat verib.
Bu barədə məlumat diplomatik missiyanın "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Qeyd olunub ki, səfirlik Azərbaycanın milli bayramları: 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar bağlı olacaq.