Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Etibar Əliyevdən Qurban Qurbanovla bağlı açıqlama:
Etibar Əliyevdən Qurban Qurbanovla bağlı açıqlama:
Gündəm

Etibar Əliyevdən Qurban Qurbanovla bağlı açıqlama: “Məndən əl çəkin və rədd olun başımdan”

Xpress.az Redaksiyası 28.08.2026 21:38

Sabiq deputat Etibar Əliyev “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovla bağlı səsləndirdiyi fikirlərə gələn reaksiyalara münasibət bildirib.
Qeyd edək ki, Etibar Əliyev daha əvvəl Qurban Qurbanov haqqında “Qurban Qurbanovun başını buraxın, ondan məşqçi olmaz” fikrini səsləndirib.

Sabiq deputat Qurban Qurbanovun böyük əmlaklara sahib olduğunu, bahalı avtomobil nömrələri aldığını və yüksək məbləğdə əməkhaqqı qazandığını iddia edərək onun özünü rahat hiss etdiyini bildirib:

“Yaxşı aktyor ola bilərdi, heyif ki, sənətini səhv salıb”.

Bu fikirlər sosial şəbəkələrdə və ictimaiyyət arasında tənqid və qınaqla qarşılanıb.

Xpress.az bildirir ki, bundan sonra Etibar Əliyev sosial şəbəkə hesabında yeni paylaşım edərək ona ünvanlanan reaksiyalara cavab verib:

“Mənim “Qarabağ” futbol klubunun məşqçisi Qurban Qurbanovla bağlı səmimi fikirlərim geniş təhdidlərə məruz qaldı. Fəlsəfədə istənilən tezisin antitezisi var.

Məndən əl çəkin və rədd olun başımdan. Mən də məğlubiyyətlə barışıram. Məğlubiyyəti Qurban Qurbanovun qələbəsi kimi təqdim edənlərə eşq!

Bu qədər sadə…”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək