Gündəm
Sərnişin metroda qatar yoluna düşdü
Xpress.az Redaksiyası
28.08.2026 20:00
"Əhmədli" stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.
Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb.
Sərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb.