Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Agentlik məktəbli forması ilə bağlı valideynlərə m...
Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
Təhsil

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

Xpress.az Redaksiyası 21.08.2026 16:43

Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.

Bu barədə Xpress.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki,valideynlər məktəbli formaları ilə bağlı məlumatı övladlarının təhsil aldığı məktəblərdən, eyni zamanda yerli təhsili idarəetmə bölmələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022 ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir.

Belə ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Vahid geyim forması ən azı 3 tədris ili ərzində dəyişilməz qalır.

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edibAgentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edibAgentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək