Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Cəmiyyət

Pensiyalar yenidən artırılır? -

Xpress.az Redaksiyası 21.08.2026 08:23

AÇIQLAMA

Azərbaycanda təqaüdçülər üçün əsas suallardan biri növbəti pensiya artımının nə vaxt və hansı həcmdə olacağı ilə bağlıdır.

2026-cı ilin əvvəlində əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu artım 2025-ci ilin yekun göstəriciləri, xüsusilə ölkə üzrə orta aylıq əməkhaqqının artım tempi əsasında hesablanıb. Rəsmi məlumatlara görə, artımdan təxminən 1,1 milyon pensiyaçı yararlanıb.

Bəs növbəti artım nə vaxt olacaq?  

Mövzunu Metbuat.az-a şərh edən iqtisadçı Əli Məmmədovun sözlərinə görə, qanunvericiliyə əsasən əmək pensiyaları hər ilin əvvəlində əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Onun sözlərinə görə, 2026-cı ilin yanvarında artım baş verib və eyni qaydada 2027-ci ilin yanvarında da 2026-cı ilin yekun göstəricilərinə əsasən əmək pensiyalarında növbəti artım tətbiq olunacaq.

Bu isə o deməkdir ki, hazırkı qaydalar dəyişməzsə, pensiyaçılar növbəti ümumi indeksləşdirməni 2027-ci ilin əvvəlində gözləyə bilərlər.

Lakin artımın neçə faiz olacağı indidən bəlli deyil. Bunun üçün 2026-cı il üzrə orta aylıq əməkhaqqının yekun artım göstəricisi məlum olmalıdır. Başqa sözlə, builki əməkhaqqı artımı gələn ilin pensiya artımının əsas meyarlarından birinə çevriləcək.

Əli Məmmədov işləməyə davam edən pensiyaçılarla bağlı ayrıca mexanizmin olduğunu qeyd edib.

Qanunvericiliyə əsasən, əmək fəaliyyətini davam etdirən şəxslərin pensiyası müəyyən şərtlərlə altı ildən bir yenidən hesablanır və bu zaman onların topladığı pensiya kapitalı nəzərə alınır. Onun sözlərinə görə, 2026-cı ilin sonrakı aylarında altı illik müddəti tamamlanan pensiyaçıların pensiyaları da yenidən hesablanaraq artırıla bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

21.08.2026 17:52 Dünya

3 BOKT-un vəzifəli şəxsləri cərimələnib

21.08.2026 17:13 İqtisadiyyat

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

21.08.2026 16:43 Təhsil

İsveçrə Azərbaycandan neft tədarükünü 3 dəfə artırıb

21.08.2026 14:58 İqtisadiyyat

Zakir Fərəcov vətəndaş müraciətlərini diqqətdə saxlayır

21.08.2026 14:11 Cəmiyyət

Prezident: “Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə, mədəniyyətə əsaslanır”

21.08.2026 13:48 Cəmiyyət

İlham Əliyevdən Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığı ilə bağlı

21.08.2026 13:46 Siyasət

SOCAR AZAL-dan borc alıb

21.08.2026 12:08 Cəmiyyət

“Dreamland Baku”: Bir məkanda istirahət, əyləncə və qolf

21.08.2026 11:34 Cəmiyyət

Kəlbəcəri dolu vurdu -

21.08.2026 11:33 Hadisə

"Qarabağ"ın "Tvente" üzərində qələbəsi

21.08.2026 11:30 İdman

Yenicə ailə quran Xananın əri ilə görüntüləri

21.08.2026 11:23 Şou-Biznes

DSMF-nin xərcləri 9,8 faiz

21.08.2026 11:13 Cəmiyyət

“Green Card” udduğundan ərizə yazaraq vəzifəsindən gedibmiş

21.08.2026 10:56 Cəmiyyət

Bakıda bu avtobusun yolu dəyişdirildi

21.08.2026 10:48 Cəmiyyət

Telefonlarımız bizi dinləyir?

21.08.2026 09:34 Texnologiya

İşğaldan azad edilmiş ərazilərə daha 116 ailə köçürüldü

21.08.2026 08:00 Cəmiyyət

TƏBİB-in sabiq departament rəhbərinə vəzifə verildi

20.08.2026 21:16 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək