Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Arda Gülərdən İspaniyada futbol şousu
Arda Gülərdən İspaniyada futbol şousu
İdman

Arda Gülərdən İspaniyada futbol şousu

Xpress.az Redaksiyası 08.11.2026 16:07

“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülər (Arda Güler, Arda Guler) İspaniya La Liqasının 12-ci turunda “Valensiya”ya (Valencia) qarşı keçirilən oyunda möhtəşəm performans göstərib.

Madrid klubu səfərdə “Valensiya”nı 3:0 hesabı ilə məğlub edib.
Arda Gülər qarşılaşmanın 36-cı dəqiqəsində komandasının ikinci qolunu vurub. 75-ci dəqiqədə isə türkiyəli futbolçu Kilian Mbappeyə (Kylian Mbappé, Kylian Mbappe) məhsuldar ötürmə edərək onun hesabı 3:0-a çatdırmasına şərait yaradıb.
O, 84-cü dəqiqədə əvəzlənib.
AS nəşri isə Mbappenin qolunda Ardanın ötürməsini xüsusi vurğulayıb və türkiyəli futbolçunun qarşılaşmada komandanın əsas fiqurlarından biri olduğunu qeyd edib.
Gülər matçın oyunçusu seçilib.
Bu qələbədən sonra “Real Madrid” 30 xala yüksələrək lider “Barselona”ya (Barcelona) çatıb. “Kral klubu”nun ardıcıl qələbələrinin sayı isə 8-ə yüksəlib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək