Siyasət
Türkiyədə qlobal media toplantısında Azərbaycana Zəfər təbrikləri çatdırılıb
Xpress.az Redaksiyası
08.11.2026 12:38
Qlobal Jurnalistlər Şurasının (QJŞ) 6-cı Qlobal Media Toplantısının açılış mərasimində Şuranın sədri Mehmet Ali Dim Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.
Xpress.az-ın baş redaktoru Xəyalə Rəisin də iştirak etdiyi tədbirdə Mehmet Ali Dim qardaş Azərbaycanın Zəfər Gününü qeyd edərək, bu tarixi Qələbənin qəhrəmanlarını ehtiram və minnətdarlıqla yad edib.
QJŞ sədri vurğulayıb ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərini gücləndirən hər bir addım böyük əhəmiyyət daşıyır.


