Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət QHT-lərin gələcək inkişafında rəqəmsallaşmanın rol...
QHT-lərin gələcək inkişafında rəqəmsallaşmanın rolu
Cəmiyyət

QHT-lərin gələcək inkişafında rəqəmsallaşmanın rolu

Xpress.az Redaksiyası 08.11.2026 10:42

"Artıq dördüncü ildir ki, QHT-lərin Əməkdaşlıq Forumu təşkil olunur. Bu ənənənin davam etdirilməsi vətəndaş cəmiyyətinin inkişafı, qeyri-hökumət təşkilatları arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Xpress.az xəbər verir ki, bu fikirləri “Sağlam ailə, Sağlam cəmiyyət” İctimai Birliyinin sədri Emin Nəbili bildirib. QHT sədrinin sözlərinə görə, hər il keçirilən forum əvvəlki təcrübənin təhlili ilə yanaşı, qarşıdakı dövr üçün yeni istiqamətlərin və prioritetlərin müəyyənləşdirilməsinə də şərait yaradır:
“Bu cür tədbirlər QHT nümayəndələrinin bir araya gələrək fikir və təcrübələrini bölüşməsi, mövcud problemləri müzakirə etməsi, eləcə də gələcək fəaliyyətlə bağlı ortaq yanaşmalar formalaşdırması üçün əlverişli imkan yaradır. Hesab edirəm ki, güclü və fəal vətəndaş cəmiyyətinin formalaşması təşkilatlar arasında sağlam əməkdaşlıq münasibətlərindən, birgə təşəbbüslərdən və qarşılıqlı dəstək mexanizmlərindən birbaşa asılıdır. QHT-lər yalnız öz fəaliyyət istiqamətləri çərçivəsində deyil, ümumi ictimai maraqlar naminə də birgə çalışmağı bacarmalıdırlar”.
Emin Nəbili qeyd edib ki, forumun diqqətçəkən məqamlarından biri də vətəndaş cəmiyyətinin müasir texnoloji çağırışlara uyğunlaşması məsələsidir:
“Bu baxımdan, “QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları” mövzusunda panel müzakirəsini xüsusilə faydalı hesab edirəm. Bu gün informasiya texnologiyaları və rəqəmsal kommunikasiya vasitələri ictimai fəaliyyətin ayrılmaz hissəsinə çevrilib. QHT-lərin də fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurması, sosial şəbəkələrin imkanlarından peşəkar şəkildə yararlanması, rəqəmsal həlləri iş prosesinə inteqrasiya etməsi və süni intellekt alətlərindən məqsədyönlü istifadə etməsi zərurətə çevrilir. Bu imkanlar təşkilatların həm institusional potensialını gücləndirə, həm də həyata keçirdikləri layihələrin əhatə dairəsini və ictimai təsirini artıra bilər.
Düşünürəm ki, QHT-lərin Əməkdaşlıq Forumu yalnız fikir mübadiləsi aparılan tədbir kimi deyil, həm də gələcək birgə fəaliyyət üçün yeni imkanlar yaradan mühüm platforma kimi dəyərləndirilməlidir. Əsas məsələ burada səsləndirilən ideyaların və əldə olunan təcrübənin gündəlik fəaliyyətə tətbiqi, konkret təşəbbüslərə və real nəticələrə çevrilməsidir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək