Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edi...
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib -
Cəmiyyət

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - Foto

Xpress.az Redaksiyası 08.11.2026 07:59

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Zəfər Günü ilə bağlı paylaşım edib.

Xpress.az xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə, dözümlülüyünüzə görə, bugünkü bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!

Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!

Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN""

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək