Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Pakistanın Baş naziri:
Pakistanın Baş naziri:
Siyasət

Pakistanın Baş naziri: 8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur

Xpress.az Redaksiyası 08.11.2026 11:09

8 Noyabr demək olar ki, üç onillikdən sonra ölkənin ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Azərbaycan xalqının cəsarətinin, qətiyyətinin və fədakarlığının tarixi sübutu olub.

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Zəfər Gününün altıncı ildönümündə əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də cəsur və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Pakistan o dövrdə Azərbaycanın yanında olmaqdan qürur duyurdu və onu hər zaman dəstəkləyəcək. Ötən il Bakıda keçirilən və Prezident İlham Əliyevlə birlikdə iştirak etmək şərəfinə nail olduğum Zəfər Günü paradı xalqlarımız arasındakı sarsılmaz dostluq tellərini əyani şəkildə nümayiş etdirib", - o qeyd edib

Baş nazir həmçinin Azərbaycana gələcək inkişaf və yeni uğurlar, Cənubi Qafqaza isə möhkəm sülh və ümumi rifaha doğru irəliləməyi arzulayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək