Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Azərbaycan və Türkiyə jurnalistləri Şuşada -
Azərbaycan və Türkiyə jurnalistləri Şuşada -
Gündəm

Azərbaycan və Türkiyə jurnalistləri Şuşada - Mediatur

Xpress.az Redaksiyası 08.11.2026 11:31

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub.

"Report"un mediatura qatılan müxbirinin verdiyi məlumata görə, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib.

Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi ilə başlayıb.

Jurnalistlərə bildirilib ki, əsası 1769-cu ildə qoyulan məscid XIX əsrdə bir neçə dəfə yenidən qurulub. 1883-cü ildə ikinci Qarabağ xanı İbrahimxəlil xanın qızı, Azərbaycan şairəsi Gövhər ağanın vəsaiti hesabına məscidin indiki binası inşa edilib.

Şəhərin erməni işğalı dövründə məscidə ziyan dəyib, şəhər azad edildikdən sonra isə bərpa olunub. Hazırda o, fəaliyyət göstərir və dövlət əhəmiyyətli memarlıq abidəsidir.

Bundan başqa, jurnalistlərə məlumat verilib ki, Şuşaya gələn yüzlərlə qonaq bu məsciddə namaz qılır, həmçinin onun tarixi əhəmiyyəti ilə tanış olurlar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək