Gündəm
"SABAH Kids school" Zəfər Gününə dair təsirli videoçarx hazırlayıb
Xpress.az Redaksiyası
08.11.2026 20:31
"SABAH Kids school" Zəfər Gününə dair təsirli videoçarx hazırlayıb.
Xpress.az xəbər verir ki, tədris müəssisəsinin sosial media hesablarında paylaşılan videçarxın üzərində belə yazılıb:
"Hər şey bir uşağın xəyalı ilə başladı…
Bir vaxtlar bayraq çəkən, böyüyəndə əsgər olmağı arzulayan balaca bir uşaq…
İllər keçdi. Xəyal gerçəyə çevrildi. Amma bəzi qəhrəmanlar öz sabahlarını bizə əmanət etdilər.
Bu gün bizim vəzifəmiz onların xatirəsini yaşatmaq, Vətənimizi sevmək və əmanətlərinə sahib çıxmaqdır.
Onların yarımçıq qalan arzuları bizim gələcəyimizdə yaşayacaq.
8 Noyabr – Zəfər Günümüz mübarək!"
Videoçarxı BURADAN izlərə bilərsiniz!