Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Universitetə qəbul oldun” deyib aldada bilərlər -
Universitetə qəbul oldun” deyib aldada bilərlər -
Təhsil

Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

Xpress.az Redaksiyası 20.08.2026 20:52

Azərbaycanda ali məktəblərə ixtisas seçimi başa çatıb. 61 516 planlaşdırılmış yerə qarşı 87 139 abituriyentin seçim etməsi rəqabətin kifayət qədər yüksək olduğunu göstərir. Bu mənzərə fonunda xaricdə “atestatla qəbul” vədi verən şirkətlərin də aktivləşməsi valideynlər və abituriyentlər üçün diqqətçəkən məsələlərdəndir.

Xpress.az “yenisabah.az”a istinadla xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli bununla bağlı paylaşımında xaricdə təhsil seçərkən yalnız universitetə qəbulun deyil, sonrakı mərhələlərin də nəzərə alınmasının vacibliyini vurğulayıb.

Ekspertin sözlərinə görə, xaricdə təhsil almaq yaxşı seçim ola bilər, lakin əsas məsələ tələbəni sadəcə xarici universitetə yerləşdirmək deyil.

Universitetin tanınması, diplomun gələcəkdə tanınması, təhsilin keyfiyyəti və məzunun sonrakı karyera imkanları əvvəlcədən araşdırılmalıdır.
 

M.Məmmədli qeyd edib ki, əks halda bu gün “universitetə qəbul oldun” sevinci yaşayan gənc gələcəkdə diplomunun tanınması, təhsilini davam etdirməsi və ya işə qəbul zamanı ciddi problemlərlə qarşılaşa bilər.

Ekspert valideynlərə tələsik qərar verməməyə çağırıb və “100% qəbul”, “imtahansız qəbul”, “atestatla universitetə yerləşdirmə” kimi vədlərə kor-koranə inanmamağı tövsiyə edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək