Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq
İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq
Cəmiyyət

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

Xpress.az Redaksiyası 04.11.2026 12:34

“BakıKart” və Mastercard-ın birgə həyata keçirdiyi yeni kampaniya çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gedişə görə cəmi 1 qəpik ödəyəcəklər.

Kampaniya Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən emissiya edilmiş Mastercard kartları ilə Apple Pay və Google Pay vasitəsilə həyata keçirilən təmassız (NFC) ödənişlərə şamil olunur.

Kampaniyanın şərtlərinə əsasən, sərnişinlər üç gedişi standart tariflə etdikdən sonra dördüncü gediş üçün güzəşt əldə edirlər. Həmin gediş zamanı kart hesabından cəmi 0,01 AZN tutulur.

Qeyd edək ki, güzəştdən yararlanmaq üçün dörd gedişin eyni gün ərzində edilməsi tələb olunmur. Gedişlər müxtəlif günlərdə həyata keçirilə bilər.
Bir kart üzrə təqvim ayı ərzində maksimum 5 dəfə 1 qəpiklik gediş imkanından yararlanmaq mümkündür.

Üç gediş tamamlandıqdan sonra əldə edilən güzəştli gediş hüququndan 30 gün ərzində istifadə edilməlidir.

Bu təşəbbüs ictimai nəqliyyatda təmassız ödənişlərin təşviqinə, sərnişinlərin gündəlik nəqliyyat xərclərinin azaldılmasına və daha sərfəli ödəniş imkanlarının yaradılmasına xidmət edir.

“BakıKart” sərnişinlərin rahatlığını artırmaq məqsədilə yeni texnoloji həllərin tətbiqini və tərəfdaşlarla birgə güzəştli kampaniyaların həyata keçirilməsini davam etdirir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək