Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -
ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -
Dünya

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır - Demokratlar öndədir

Xpress.az Redaksiyası 04.11.2026 09:30

ABŞ-də keçirilən aralıq seçkilərin ilk nəticələri bəlli olmağa başlayıb.

“Associated Press” (AP) agentliyinin təqdim etdiyi qeyri-rəsmi nəticələrə əsasən, səsvermə məntəqələrinin bağlandığı ştatlarda Nümayəndələr Palatası üzrə ilk qaliblər artıq müəyyənləşib.

Açıqlanan son məlumatlara görə, Nümayəndələr Palatasında Demokratlar indiyədək 126 yer, Respublikaçılar isə 72 yer qazanıblar. Demokratlar Palatasının Azlıq Lideri Hakim Ceffris və konqresmen Aleksandriya Okasio-Kortez yenidən seçilərək mandatlarını qorumağı bacarıblar. Diqqətçəkən məqamlardan biri də əvvəllər Respublikaçıların nəzarətində olan 2 mandatın bu seçkilərdə Demokratların xeyrinə dəyişməsidir.

Qeyd edək ki, Nümayəndələr Palatasında mütləq səs çoxluğu qazanmaq və nəzarəti ələ almaq üçün partiyalardan birinin ən azı 218 yer əldə etməsi tələb olunur.

Xatırladaq ki, ABŞ-də keçirilən aralıq seçkilərdə ölkə vətəndaşları öz ştatlarında qubernatorları və digər yerli idarəetmə vəzifəli şəxslərini, həmçinin Konqresin Nümayəndələr Palatasındakı 435 yerin hamısını və Senatdakı 100 yerdən 35-ni seçirlər. Ölkənin seçki sisteminə əsasən, Nümayəndələr Palatasının 435 üzvünün hamısı hər iki ildən bir - növbə ilə prezident seçkiləri və aralıq seçkilər zamanı səsverməyə gedir. Altı illik müddətə seçilən 100 nəfərlik Senat üzvlərinin (senatorların) üçdə bir hissəsi də hər iki ildən bir yenidən seçilir.

***

İndiyə olan məlumatlara görə, Demokratlar Senatda 51, Respublikaçılar 39 yer, Nümayəndələr Palatasında Demokratlar 168, Respublikaçılar isə 104 yer qazanıblar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək