Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib
3 BOKT-un vəzifəli şəxsləri cərimələnib
İqtisadiyyat

3 BOKT-un vəzifəli şəxsləri cərimələnib

Xpress.az Redaksiyası 21.08.2026 17:13

Azərbaycan Mərkəzi Bankı (AMB) 3 bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimə edib.

Xpress.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar "SF Azerbaijan" MMC BOKT və onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 000 manat və 10 000 manat cərimə edilib.

Bundan başqa, cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, İDK MMC BOKT-un vəzifəli şəxsi 2 000 manat, "Prior Credit" ASC BOKT-un vəzifəli şəxsi isə 3 000 manat cərimə olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək