Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Kontakt Home” müştərini necə aldatdı?
“Kontakt Home” müştərini necə aldatdı?
Cəmiyyət

“Kontakt Home” müştərini necə aldatdı? – TƏFƏRRÜAT

Xpress.az Redaksiyası 11.09.2026 16:02

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Bu barədə protokol müştəri E.Novruzovun Dövlət Agentliyinə müraciətindən sonra tərtib olunub.

Məlumata görə, “Kontakt” internet saytında 2 199,99 manata reklam olunan skuter istehlakçıya 2 419,99 manata satılıb. Reklam olunan qiymətlə faktiki satış qiyməti arasında yaranan 220 manatlıq fərqlə bağlı şirkət barəsində Dövlət Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.10-cu (Reklam haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

İş materiallarına əsasən, şirkətin “kontakt.az” internet saytında sözügedən məhsul 2 199,99 manat qiymətə reklam edilib. Lakin həmin məhsulun sonradan istehlakçıya 2 419,99 manata satıldığı müəyyənləşdirilib.

Binəqədi Rayon Məhkəməsinin araşdırması zamanı “kontakt.az” internet səhifəsinin ekran görüntüləri də tədqiq edilib. Həmin görüntülərdən məlum olub ki, əvvəlki qiyməti 2 499,99 manat olan “ZIGZAG ONE 50CC BLACK” markalı məhsul 300 manat endirimlə 2 199,99 manata satışa təklif edilib. Saytda hissəli alış kalkulyatorunda 18 aylıq ödəniş planı seçildikdə aylıq ödəniş məbləği 122,22 manat göstərilib.

Eyni zamanda, hissəli alış kalkulyatorunun altında “Sifarişin rəsmiləşdirilməsi zamanı komissiya əlavə oluna bilər” məzmununda qeyd yerləşdirilib.

İş materiallarında olan satış sənədindən görünür ki, E.Novruzova “ZIGZAG ONE 50CC BLACK” markalı məhsul 18 aylıq hissəli ödəniş şərti ilə 2 419,99 manat məbləğində rəsmiləşdirilib. Bu zaman aylıq ödəniş məbləği 134,44 manat müəyyən edilib.

Beləliklə, reklamda göstərilən 2 199,99 manatlıq qiymətlə müqavilədə əks olunan 2 419,99 manatlıq satış qiyməti arasında 220 manat fərq yaranıb. Aylıq ödəniş baxımından da reklamda göstərilən 122,22 manatla faktiki müəyyən edilmiş 134,44 manat arasında fərq olub.

İstehlakçı reklam olunan qiymətlə faktiki satış qiyməti arasında 220 manat fərq yarandığını, bununla da hüquqlarının pozulduğunu bildirərək məsələ ilə bağlı tədbir görülməsini xahiş edib.

Məhkəmə iclasında “ABC-Telecom” MMC-ninnümayəndəsi isə protokolla razılaşmayıb. Nümayəndə qeyd edib ki, məhsulun son qiyməti və aylıq ödəniş məbləği müqavilə bağlanarkən istehlakçıya izah edilib və müqavilə onun razılığı ilə bağlanıb. Bu əsaslarla şirkətin nümayəndəsi inzibati icraata xitam verilməsini istəyib.

Məhkəmə iş materiallarını, inzibati xəta haqqında protokolu, internet səhifəsinin görüntülərini, satış sənədlərini və istehlakçının Agentliyə müraciətini araşdırıb. Məhkəmə nəticəyə gəlib ki, MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur.

Beləliklə, məhkəmə hüquqi şəxsi inzibati xətanı törətməkdə təqsirli bilib. Lakin məhkəmə eyni zamanda müəyyən edib ki, şirkətin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət artıq keçib. Bu səbəbdən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsini əsas götürərək MMC-yə 428.10-cu maddə ilə inzibati tənbeh təyin etməyib. Bununla əlaqədar şirkət barəsində inzibati xəta haqqında protokol üzrə başlanılmış icraata xitam verilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək