Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda işıq pulu ləğv edilə bilər
Azərbaycanda işıq pulu ləğv edilə bilər
Cəmiyyət

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Xpress.az Redaksiyası 12.09.2026 14:59

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərpa olunan enerjinin məişətdə daha geniş istifadəsinə və vətəndaşların enerji istehsalında iştirakına imkan yaradır. Azərbaycanda da fərdi evlərdə günəş panellərinin quraşdırılmasına və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsinə hüquqi imkan yaradılıb.
Bəs ölkəmizdə vətəndaşların artıq elektrik enerjisini dövlətə sataraq real gəlir əldə etməsi nə dərəcədə mümkündür?

Globalinfo.az-a danışan deputat Vüqar Bayramov vətəndaşların bərpa olunan enerjidən istifadə etməsinin artıq bir sıra ölkələrdə tətbiq olunduğunu deyib.

"O cümlədən qardaş Türkiyədə, Özbəkistanda və digər ölkələrdə bu sistem artıq mövcuddur. Azərbaycanda da bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi həyata keçirilib. Bununla bağlı qanunvericiliyə xeyli dəyişikliklər edilib. Son dövrlərdə, xüsusilə yaşıl enerjidən istifadə ilə bağlı qanunvericilik əhəmiyyətli şəkildə təkmilləşib”, - deputat bildirib.

V.Bayramovun sözlərinə görə, Azərbaycanda da bu praktikadan istifadə etmək mümkündür:

"Çünki ölkəmizdə günəş və külək enerjisindən istifadə imkanları böyükdür. Vətəndaşlarımızın, məsələn, günəş panelləri quraşdıraraq günəş və külək enerjisindən istifadə etməklə öz enerji istehlakını təmin etməsinə imkan var. Bu, bir tərəfdən həmin vətəndaşlar üçün dayanıqlı enerji təminatı deməkdir”.

Deputat bildirib ki, hətta bəzi ölkələrdə vətəndaşlar əldə etdikləri enerjinin bir hissəsini dövlətə satırlar və həmin sistem ümumi enerji sisteminə inteqrasiya olunur:

"Nəticədə vətəndaş bir tərəfdən öz istehlakı üçün enerji istehsal edir, digər tərəfdən isə həmin enerjinin bir hissəsini satmaqla gəlir əldə edə bilir. Biz bu praktikaların Azərbaycanda da tətbiq edilməsi ilə bağlı təkliflərimizi təqdim etmişik. Düşünürük ki, bu, Azərbaycan üçün də məqbul hesab oluna bilər”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək