Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda ən çox satılan məşhur saç markası ABŞ...
Azərbaycanda ən çox satılan məşhur saç markası ABŞ məhkəməsində -
Cəmiyyət

Azərbaycanda ən çox satılan məşhur saç markası ABŞ məhkəməsində - Səbəb təhlükəli xəstəlik

Xpress.az Redaksiyası 13.09.2026 09:17

ABŞ-nin Arizona ştatının Baş Prokurorluğu kosmetika nəhəngi L’Oréal-a qarşı məhkəmə iddiası qaldırıb.

Şirkət kimyəvi saç düzləşdirici vasitələrlə bağlı mümkün xərçəng risklərini istehlakçılardan gizlətməkdə ittiham olunur. Bu, ABŞ-də bir ştatın sözügedən məsələ ilə bağlı istehsalçıya qarşı qaldırdığı ilk belə iddiadır.

İttihamda bildirilir ki, kimyəvi saç düzləşdirici məhsullardan, xüsusilə müntəzəm istifadə edən qadınlarda uşaqlıq (ana bətni) və yumurtalıq xərçəngi riskinin arta biləcəyi ehtimalı var.

L’Oréal ittihamları rədd edir və məhsullarının təhlükəsiz olduğunu bildirir.

Qeyd edək ki, L’Oréal məhsulları Azərbaycanda da geniş satış şəbəkəsinə malikdir və xüsusilə saç baxımı, saç boyaları və kosmetika məhsulları ilə bazarda ciddi paya sahibdir. Şirkətin məhsullarının Azərbaycanda rəsmi distribusiyasına 2020-ci ildən başlanılıb. Euromonitor International-ın 2026-cı ildə açıqladığı bazar araşdırmasına görə, L’Oréal Groupe 2025-ci ildə Azərbaycanın saç baxımı bazarında dəyər üzrə 31 faiz payla birinci yerdə olub. Bu göstərici 2020-ci ildə 22 faiz idi. Azərbaycandakı mağaza və aptek şəbəkələrində də L’Oréal-ın müxtəlif saç boyaları, şampunları, kremləri və digər saç baxımı vasitələri satışdadır.

Şirkət və digər istehsalçılara qarşı indiyədək 12 mindən çox oxşar iddianın qaldırıldığı bildirilir.

Məhkəmə proseslərinin əsas səbəblərindən biri ABŞ Milli Sağlamlıq İnstitutlarının (NIH) 2022-ci ildə açıqlanan araşdırmasıdır. Həmin araşdırmada kimyəvi saç düzləşdirici vasitələrdən tez-tez istifadə ilə uşaqlıq (ana bətni) xərçəngi riskinin artması arasında əlaqə müəyyən edilmişdi.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək