Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu şəxslərin xərcini rəhbər qarşılamalıdır:
Bu şəxslərin xərcini rəhbər qarşılamalıdır:
Cəmiyyət

Bu şəxslərin xərcini rəhbər qarşılamalıdır: 3 problem var

Xpress.az Redaksiyası 13.09.2026 10:31

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu “TEDY” gəmisinin dron hücumuna məruz qalması azərbaycanlı dənizçilərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Hadisə nəticəsində iki Azərbaycan vətəndaşı həlak olub, iki nəfər isə yaralanıb. Son dövrlərdə müxtəlif ölkələrdə və sularda baş verən gəmi qəzaları, dron hücumları, itkin düşmə və ölüm hallarında azərbaycanlı dənizçilərin də adları hallanır.

Azərbaycanlı dənizçilər niyə riskli sularda işləməyə məcbur qalırlar? Müharibə zonalarına yaxın ərazilərdə çalışanların təhlükəsizliyi üçün hansı tədbirlər görülür və baş verən hadisələrə görə məsuliyyət kimdədir?

Globalinfo.az-a danışan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamenti rəisinin müavini vəzifəsində çalışmış kapitan Şahlar Məmmədov deyib ki, dənizçilik yüksək riskli peşə hesab olunur və gəmidə çalışanlar qəza, xəsarət, xəstəlik və xüsusilə münaqişə zonalarında əlavə təhlükələrlə üzləşə bilərlər:

“Buna görə dənizçilərin təhlükəsizliyi və hüquqi müdafiəsi beynəlxalq standartlarla təmin edilməlidir. Beynəlxalq Dəniz Əməyi Konvensiyasına əsasən, gəmi sahibi dənizçinin xəstəliyi, xəsarəti və ya ölümü, tibbi müalicəsi, repatriasiyası və kompensasiyası ilə bağlı maliyyə təminatı yaratmalıdır. Bununla yanaşı, müharibə zonalarında və riskli sularda çalışan dənizçilərin hərbi əməliyyatlar, piratçılıq, terrorizm və digər təhlükələrdən sığorta təminatı ilə qorunması nəzərdə tutulur”.

Ş.Məmmədov bildirib ki, gəmi sahibi heyətin bütün xərcini qarşılamalıdır:

“Gəmi sahibi heyətin sığortalanmasını təmin etməli, dənizçilərə sığorta şəhadətnaməsi və sığorta şərtləri barədə məlumat verməli, qəza və ya ölüm halında müvafiq müalicə, nəqliyyat, repatriasiya və kompensasiya xərclərini qarşılamalıdır. Dənizçilərin hüquqlarının müdafiəsində həmkarlar ittifaqları və Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası da mühüm rol oynayır. Bununla belə, praktikada sığorta ödənişlərinin gecikdirilməsi, dənizçilərin hüquqları barədə kifayət qədər məlumatlandırılmaması və etibarsız vasitəçilər kimi problemlər qalmaqdadır. Bu səbəbdən riskli sularda çalışan dənizçilərin sığorta və hüquqi müdafiə mexanizmlərinin effektiv şəkildə təmin olunması xüsusi əhəmiyyət daşıyır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək