Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Gəncədə "Qrand Qafqaz” və Ağstafa bazarında oğurlu...
Gəncədə "Qrand Qafqaz” və Ağstafa bazarında oğurluq –
Gündəm

Gəncədə "Qrand Qafqaz” və Ağstafa bazarında oğurluq –

Xpress.az Redaksiyası 08.10.2026 08:23

Məhkəmə Gəncədə 1250 manat, Ağstafada isə pul, köynək və təsbeh oğurlayan şəxslə bağlı qərar qəbul edib.

Xpress.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəmədə müəyyən edilib ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli şəkildə ələ keçirmək məqsədilə bir neçə oğurluq hadisəsi törədib.

İlk hadisə Gəncə şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən “Qrant Qafqaz” ticarət mərkəzində baş verib. Təqsirləndirilən şəxs mağazada satıcının olmadığından istifadə edərək saxlanc yeri hesab edilən dolabı açıb və oradan 1250 manat götürüb.

Daha sonra təqsirləndirilən şəxs Ağstafa şəhərində yerləşən mərkəzi bazara gedib. Burada geyim satışı ilə məşğul olan zərərçəkmiş şəxsin piştaxtasının arxasında yerləşən dəmir sandığa qanunsuz daxil olaraq ümumi dəyəri 140 manat olan dörd köynəyi götürüb.

Həmin gün saat 11:53 radələrində isə bazarda hədiyyəlik əşyaların satışı ilə məşğul olan digər zərərçəkmiş şəxsin piştaxtasından 5 manat dəyərində təsbeh götürüb. Daha sonra piştaxtanın arxasında anbar kimi istifadə olunan otağa daxil olaraq pul qabından 520 manat pul oğurlayıb. Bununla zərərçəkmiş şəxsə ümumilikdə 525 manat maddi ziyan vurulub.

Məhkəmə iclasında təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, Gəncədə oğurladığı 1250 manatın bir hissəsini xərclədiyini, qalan hissəsini isə saxladığını bildirib.

Təqsirləndirilən şəxs Ağstafada yerləşən geyim mağazasından köynəkləri şəxsi istifadəsi üçün götürdüyünü, digər mağazada isə satıcının olmamasından istifadə edərək pul və təsbeh oğurladığını etiraf edib.

O, törətdiyi əməllərdən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və vurduğu ziyanı tam ödədiyini bildirərək məhkəmədən yüngül cəza istəyib.

Zərərçəkmiş şəxslərdən biri məhkəmədə təqsirləndirilən şəxslə barışdığını və ona dəymiş maddi ziyanın tam ödənildiyini bildirib. O, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını qeyd edib və bununla bağlı məhkəməyə yazılı ərizə təqdim edib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi (saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq törətmə) və 177.2.3-cü maddəsi (oğurluğun təkrar törədilməsi) ilə təqsirli bilib.

Təqsirləndirilən şəxsə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Həmçinin məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə (həbsdə saxlanılan müddətin cəza müddətinə hesablanması) əsasən təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 4 ay 24 gün müddətini cəza müddətinə bir günə iki gün hesabı ilə daxil edib.

Beləliklə, təyin edilmiş 3 il azadlığın məhdudlaşdırılması cəzasından 9 ay 18 gün çıxılaraq təqsirləndirilən şəxsin üzərində 2 il 2 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər

08.10.2026 20:41 Təhsil

“Uşaq Sağlamlıq Mərkəzi”ndə qanun pozuntusu aşkarlandı

08.10.2026 19:30 Cəmiyyət

Şirvanda direktor dərsi kabinetində keçir?

08.10.2026 18:06 Cəmiyyət

MN-də mənimsənilmiş vəsaitin 12 milyon manatını general qaytarıbmış

08.10.2026 18:00 Gündəm

Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı -

08.10.2026 17:26 Hadisə

Cəbrayılda mina partlayıb,

08.10.2026 16:55 Hadisə

Azərbaycan və Ermənistan TRIPP-i müzakirə edib

08.10.2026 16:03 Siyasət

Avropanı tənbəlləşdirən liberal ideologiya - Qərbin çöküşü -

08.10.2026 15:34 Siyasət

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub

08.10.2026 15:20 Dünya

Sezen Aksu xəstəxanaya yerləşdirilib

08.10.2026 14:52 Dünya

“Qonorarımın artırılmasını istədim, obrazı öldürdülər”

08.10.2026 14:23 Mədəniyyət

Rusiya və Ukrayna strateji dalandadır -

08.10.2026 13:58 Dünya

Bakıya leysan yağacaq, şimşək çaxacaq

08.10.2026 13:36 Cəmiyyət

Amnistiyaya düşən keçmiş məhkum bibisinin evinə basqın etdi

08.10.2026 13:19 Hadisə

Paşinyandan Medvedevə kinayəli cavab:

08.10.2026 13:04 Dünya

Tarixin səssiz qadınları: Henrietta Leavitt -

08.10.2026 12:40 Maraqlı

Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı -

08.10.2026 12:38 Gündəm

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib

08.10.2026 12:19 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək