Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Amnistiyaya düşən keçmiş məhkum bibisinin evinə ba...
Amnistiyaya düşən keçmiş məhkum bibisinin evinə basqın etdi
Hadisə

Amnistiyaya düşən keçmiş məhkum bibisinin evinə basqın etdi

Xpress.az Redaksiyası 08.10.2026 13:19

Şəmkirdə həbsdən çıxan kişi bibisinin evinə basqın edib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü Elşən Muradov oğurluğa görə həbs edilib və məhkəmənin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. Bir ildən sonra Elşənə Milli Məclis tərəfindən Konstitusiya və Suverenlik ili münasibətilə elan edilən amnistiya aktı tətbiq edilib və cəzasının çəkilməmiş hissəsindən azad edilib.

O, cəzaçəkmə müəssisəsindən Şiştəpə kəndinə gəlsə də, yenidən oğurluq etmək qərarına gəlib. O, həbsdən azad olunduğu üçün gözaydınlığına gələn bibisinin gəlininin boynunda bahalı qızıl boyunbağını görüb və həmin əşyanı oğurlamağı planlaşdırıb. O, 20 gündən sonra müəyyənləşdirib ki, gəlinin həyat yoldaşı Oqtay taksi sürücüsü kimi Bakıya sərnişin aparıb və o, həmin gün evə qayıtmayacaq. Elşən həmin gün gecə saatlarında valideynləri yatandan sonra evdən çıxıb və bibisigilə gedib. O, iz itirmək üçün bibisigilin həyətinə qonşunun hasarından keçib və evin ikinci mərtəbəsində bibisi gəlininin yataq otağına daxil olub. Elşən tanınmamaq üçün maska geyinərək gəlinin yatağına yaxınlaşanda xanım səsə yuxudan oyanıb. Elşən dərhal onun ağzını əlləri ilə tutaraq, ondan əvvəlcə pul tələb edib. Qadın evdə pullarının olmadığını deyib. Elşən - "o zaman qışqırma, boyunbağını ver, gedim", - deyib. Qadın bu təklifdən imtina etsə də, mümkün olmayıb. Elşən bibisi gəlininin boynundan boyunbağını dartıb qırıb cibinə qoyub. Daha sonra o, gəlinin saçından və ağzından tutaraq onu qonaq otağına gətirib. Üzərindəki bıçaqla onu hədələyərək, bu barədə heç kimə heç nə deməməyə and içdirib. O - "Səs eləmə, bura girdiyimi nə Oqtay, nə də bibim biləcək. Əgər bildirsən, gəlib başını kəsib öldürəcəyəm", - deyib. Çarəsiz qalan xanım ona bu barədə heç kimə heç nə deməyəcəyinə and içib. Bundan sonra Elşən yenidən pəncərədən tullanaraq evi tərk edib.

Hadisə yerinə polis əməkdaşları gəlib və araşdırmalara başlayıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Elşən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə E.Muradov 9 il 3 ay azadlıqdan məhrum edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər

08.10.2026 20:41 Təhsil

“Uşaq Sağlamlıq Mərkəzi”ndə qanun pozuntusu aşkarlandı

08.10.2026 19:30 Cəmiyyət

Şirvanda direktor dərsi kabinetində keçir?

08.10.2026 18:06 Cəmiyyət

MN-də mənimsənilmiş vəsaitin 12 milyon manatını general qaytarıbmış

08.10.2026 18:00 Gündəm

Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı -

08.10.2026 17:26 Hadisə

Cəbrayılda mina partlayıb,

08.10.2026 16:55 Hadisə

Azərbaycan və Ermənistan TRIPP-i müzakirə edib

08.10.2026 16:03 Siyasət

Avropanı tənbəlləşdirən liberal ideologiya - Qərbin çöküşü -

08.10.2026 15:34 Siyasət

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub

08.10.2026 15:20 Dünya

Sezen Aksu xəstəxanaya yerləşdirilib

08.10.2026 14:52 Dünya

“Qonorarımın artırılmasını istədim, obrazı öldürdülər”

08.10.2026 14:23 Mədəniyyət

Rusiya və Ukrayna strateji dalandadır -

08.10.2026 13:58 Dünya

Bakıya leysan yağacaq, şimşək çaxacaq

08.10.2026 13:36 Cəmiyyət

Paşinyandan Medvedevə kinayəli cavab:

08.10.2026 13:04 Dünya

Tarixin səssiz qadınları: Henrietta Leavitt -

08.10.2026 12:40 Maraqlı

Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı -

08.10.2026 12:38 Gündəm

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib

08.10.2026 12:19 Siyasət

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 12:04 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək