Hadisə
İşdən çıxarıldı: baş həkimin müavinini bıçaqladı
Xpress.az Redaksiyası
08.10.2026 11:51
Abşeronda bıçaqlanma hadisəsi baş verib.
Xpress.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb. Pepperoni pizza
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.