Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Döyüşə onlar gedə bilər - İnanılmaz YENİLİK
Döyüşə onlar gedə bilər - İnanılmaz YENİLİK
Siyasət

Döyüşə onlar gedə bilər - İnanılmaz YENİLİK İnanılmaz YENİLİK

Xpress.az Redaksiyası 26.10.2025 22:45

"Tesla”nın rəhbəri İlon Mask yaxın illərdə “Optimus” adlı insanabənzər robotlardan ibarət “ordu” yaratmağı planlaşdırır. Gələn ilin sonuna qədər istehsalına başlanması gözlənilən bu robotların gələcəkdə hərbi məqsədlərlə istifadə olunacağı da istisna edilmir. Son vaxtlar ABŞ, Rusiya və Avropa arasında artan gərginlik fonunda “insansız ordu” anlayışı artıq reallığa çevrilə bilər.

Robotlardan ibarət ordu yaradılması nə dərəcədə mümkündür?

Xpress.az xəbər verir ki, globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, robotlardan ibarət orduların yaradılması yeni ideya deyil:

“1994-cü ildən başlayaraq əvvəlcə ABŞ-da, sonra Böyük Britaniyada robotların döyüşlərdə istifadəsinə həsr olunmuş çoxsaylı şoular və bir neçə serial nümayiş etdirilib. Ardınca “Robotların müharibəsi” adlı bədii film də çəkilib və burada 2041-ci ildə dünya ordularında robotların döyüşdüyü göstərilib. Bu, o dövr üçün fantastik görünə bilərdi, amma hipotetik olaraq mümkündür və indiki inkişaflar da bunu təsdiqləyir. Onsuz da müxtəlif sahələrdə – mina təmizləmədən fərdi şəxslərin zərərsizləşdirilməsinə, izlənilməyə və döyüş sahəsindən yaralıların çıxarılmasına qədər robotlardan istifadə olunur. Məsələn, Azərbaycanın “Improtex” şirkəti döyüş sahəsində mina təmizləmək üçün həm tank, həm də piyada əleyhinə dronlar istehsal edib və onlardan Ukraynaya da ixrac olunub. Eyni şirkət yaralıları döyüş meydanından çıxaran dronlar da istifadəyə verib və onların ixracı barədə qeyri-rəsmi məlumatlar mövcuddur”.

Ekspert qeyd edib ki, robotlardan ibarət ordu yaradılması mümkündür:

“Bütün vəzifələri əvəz etməsə də, ordunun yerinə yetirdiyi bir çox funksiyaları robotlar və süni intellekt vasitəsilə həyata keçirmək tamamilə realdır. Məsələn, Türkiyənin STM şirkətinin istehsal etdiyi zərbə tipli pilotsuz uçan aparatların bəzi modelləri avtonom şəkildə düşməni izləyib zərərsizləşdirə bilir. Bu nümunələr göstərir ki, dronlar və robotların ordularda istifadəsi gələcəkdə daha da genişlənəcək”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək