Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Sahibə Qafarova: Heç bir qurumun Azərbaycanla bu c...
Sahibə Qafarova: Heç bir qurumun Azərbaycanla bu cür danışmağa haqqı yoxdur
Siyasət

Sahibə Qafarova: Heç bir qurumun Azərbaycanla bu cür danışmağa haqqı yoxdur

Xpress.az Redaksiyası 19.12.2025 11:15

Dünən Avropa Parlamentində (AP) Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul edilib.

Xpress.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.

"Bu qətnamə AP-nin dövlət suverenliyinə etinasız münasibətini əks etdirir. Biz bu kimi cəhdlərə səssiz qala bilmərik. Bizim dövlət ikili standartlara yol verilməyən bütün əməkdaşlıqlara açıqdır. Heç bir qurumun Azərbaycanla bu cür danışmağa haqqı yoxdur. Azərbaycan bu kimi qərəzli addımları bundan sonra da qətiyyətlə cavablandıracaq", - spiker qeyd edib.

Sahibə Qafarova əlavə edib ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında" məsələ daxil edilib:

"Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və saxta ittihamlarla dolu qəbul edilən sənədə qarşıdır".

Spiker qeyd edib ki, Avropa Parlamenti bu addımı ilə Azərbaycanla bağlı obyektivlikdən uzaq, beynəlxalq hüququn əsas prinsiplərinə zidd olan yanlış və qeyri-konstruktiv yanaşma praktikasını davam etdirib:

"Bu qətnamə Avropa Parlamentinin dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmama prinsiplərinə açıq şəkildə etinasız münasibətini ortaya qoyur. Sənəddə yer alan "siyasi məhbuslar", "siyasi təqiblər", "akademik azadlıqların pozulması" və "mədəni hüquqların məhdudlaşdırılması" kimi ifadələr əsassız və qərəzlidir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik".

Onun sözlərinə görə, mövcud reallıqların nəzərə alınmadığı birtərəfli qərarların "təhsil" və ya "hüquq müdafiəsi" adı altında qəbul olunması nə demokratik inkişafın təbliğinə, nə də insan hüquqlarının qorunmasına xidmət edir.

Sədr əlavə edib ki, Azərbaycan insan hüquqları sahəsində beynəlxalq təşəbbüslərin fəal iştirakçısıdır və üzərinə götürdüyü öhdəlikləri ardıcıl şəkildə yerinə yetirir.

"Bununla belə, ölkəmizlə münasibətləri əsassız və birtərəfli tələblərlə şərtləndirmək cəhdlərini qəbul edə bilmərik. Dövlətimiz beynəlxalq qurumlarla qarşılıqlı hörmət, bərabərlik və ikili standartlara yol verilməməsi prinsipi əsasında əməkdaşlığa açıqdır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək