Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Zelenski dəstəyə görə Azərbaycana təşəkkür edib
Zelenski dəstəyə görə Azərbaycana təşəkkür edib
Siyasət

Zelenski dəstəyə görə Azərbaycana təşəkkür edib

Xpress.az Redaksiyası 19.12.2025 13:31

Ukrayna Rusiyanın silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktiki dəstəyə görə Azərbaycana təşəkkür edib.

Bu, Ukraynanın Prezidenti Volodimir Zelenskinin Azərbaycan lideri İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

O, məktubunda bildirib ki, Ukrayna Rusiyanın silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktiki dəstəyə görə İlham Əliyev və Azərbaycan xalqına dərin minnətdarlığını bildirir:

"Xüsusilə ölkənin enerji sistemi obyektlərinin fəaliyyətinin təmin edilməsi məqsədilə göstərilən humanitar yardım, Kiyev vilayətində işğaldan azad edilmiş İrpin şəhərinin yenidən qurulmasında iştirak, cəbhəyanı regionlardan olan ukraynalı uşaqların sağlamlığının bərpası və reabilitasiyası yüksək dəyərləndirilir".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək