Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət “Avropa Parlamentinin Azərbaycana qarşı qərarı qər...
“Avropa Parlamentinin Azərbaycana qarşı qərarı qərəzlidir”
Siyasət

“Avropa Parlamentinin Azərbaycana qarşı qərarı qərəzlidir” – Pərvanə Vəliyeva

Xpress.az Redaksiyası 19.12.2025 14:06

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Xpress.az-a açıqlamasında Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnaməni şərh edib.

Deputat bildirib ki, qətnamədə yer alan müddəalar əsassızdır və ölkənin daxili işlərinə açıq müdaxilə cəhdidir. “Bu sənəd işğal dövründə və Vətən müharibəsi zamanı Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüş, Ermənistanı dəstəkləmiş siyasi qrupların məhsuludur. Qətnamədəki iddialar qəbuledilməzdir və regionda sabitliyə təhdid yaradır. Aİ institutları ikitərəfli münasibətləri gərginləşdirən addımlardan çəkinməlidir”, – deyə Vəliyeva vurğulayıb.

O əlavə edib ki, müxtəlif cinayətlərdə ittiham olunan və istintaqı davam edən şəxslərin “siyasi məhbus” adlandırılması məhkəməyə təzyiq vasitəsidir və dövlətin suveren hüququna təsir etməyəcək.

Deputat Avropa Parlamentini insan hüquqları və demokratiyadan təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edib: “Avropada yeni müstəmləkəçilik meylləri, xalqların assimilasiyası, sərvətlərin talan edilməsi və İslamafobiya kimi hallara diqqət yetirilmir. Ermənistanla bağlı strateji sənədlərdə isə bu məsələlər nəzərə alınmır, əksinə Azərbaycan əleyhinə ifadələr işlədilir.”

Vəliyeva bildirib ki, sənəddə “əsir” kimi qeyd olunan şəxslər müharibədən üç il sonra qanun pozuntularına görə həbs olunublar və Qarabağ, Şərqi Zəngəzurda azərbaycanlılara qarşı törədilən cinayətlərdə məsuliyyət daşıyırlar.

Deputat yekun olaraq vurğulayıb ki, bu kimi qətnamələr həm Aİ ilə münasibətlərə zərbə vurur, həm də regiondakı mövcud sabitliyi sarsıtmağa hesablanıb.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək