Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Qalmaqallı iddia: Almaniya Obamanın telefonunu din...
Qalmaqallı iddia: Almaniya Obamanın telefonunu dinləyib
Siyasət

Qalmaqallı iddia: Almaniya Obamanın telefonunu dinləyib

Xpress.az Redaksiyası 05.01.2026 18:28

Almaniyanın Xarici Kəşfiyyat Xidmətinin (BND) ABŞ-ın 44-cü prezidenti Barak Obamanın telefon danışıqlarını dinlədiyi iddia olunur.

 Almaniyanın "Die Zeit” qəzetində dərc olunan xəbərə görə, BND Obamanın "Air Force One” prezident təyyarəsində apardığı telefon danışıqlarını izləyib. Məlumata əsasən, sözügedən dinləmə fəaliyyəti Kanslerlik tərəfindən yalnız 2014-cü ildə dayandırılıb.

Bildirilir ki, ABŞ BND-nin rəsmi vəzifə təsnifatına görə izlənməli ölkələr sırasında yer almasa da, prezident təyyarəsindəki rabitə şifrələməsində mövcud təhlükəsizlik boşluqları səbəbindən Obamanın danışıqları dinlənilib.

Xəbərdə qeyd olunur ki, Obamaya aid danışıqların transkriptləri son dərəcə məxfi şəkildə qorunub. Dinləmələrə dair sənədlər yalnız BND rəhbəri, onun müavinləri və aidiyyəti bölmə rəhbərindən ibarət dar bir çevrədə, tək nüsxə halında dövriyyədə olub və oxunduqdan sonra məhv edilib. Əldə olunan məlumatların isə ABŞ-ın mövqeyi ilə bağlı ümumi təhlillərə çevrilərək Kanslerliyə təqdim edildiyi bildirilir.

Qəzetin yazdığına görə, bu əməliyyat Kanslerlik tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. Ofisdəki bəzi əməkdaşların vəziyyətdən nə dərəcədə xəbərdar olduğu bilinməsə də, dövrün kansleri Angela Merkelin mövzudan məlumatlı olmadığı və biləcəyi təqdirdə buna icazə verməyəcəyi qeyd olunur.

"Suddeutsche Zeitung” qəzeti isə 2014-cü ildə ABŞ-ın o vaxtkı dövlət katibi Hillari Klintonun da dinlənildiyini yazıb. Bunun ardınca Kanslerlik bu fəaliyyətin dayandırılması ilə bağlı göstəriş verib. Lakin Kanslerliyin, ABŞ prezidentinin də BND-nin nəzarətində olduğundan məlumatlı olmadığı bildirilir.

Obamaya yönəlik dinləmə fəaliyyətinin bir neçə il davam etdiyi, nə vaxt başladığı və onun sələfi Corc Buşun da hədəf alınıb-alınmadığı hələlik dəqiqləşməyib.

Həmin tarixdən sonra BND-nin ABŞ prezident təyyarəsini izləmədiyi qeyd olunur.

Xatırladaq ki, Angela Merkel 2013-cü ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) onu dinlədiyinin üzə çıxmasından sonra "Dostlar arasında dinləmə qəbuledilməzdir” ifadəsi ilə kəskin reaksiya vermişdi.

Angela Merkelin ofisi və BND məsələ ilə bağlı ünvanlanan sualları cavabsız qoyub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək