Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət “Kimdə güc varsa, ədalət də ondadır” –
“Kimdə güc varsa, ədalət də ondadır” –
Siyasət

“Kimdə güc varsa, ədalət də ondadır” – DEPUTAT ABŞ-ın Maduro əməliyyatını ifşa etdi

Xpress.az Redaksiyası 06.01.2026 09:00

ABŞ prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduro ilə bağlı verdiyi həbs qərarı beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub. Qərarın gözlənilməzliyi fonunda bu addımın ani təşəbbüs, yoxsa uzunmüddətli strategiyanın nəticəsi olduğu sual doğurur.

Milli Məclisin deputatı Azər Badamov bu məsələ ilə bağlı Xpress.az-a açıqlamasında bildirib ki, ABŞ-ın həyata keçirdiyi əməliyyat qətiyyən spontan xarakter daşımır.

Deputatın sözlərinə görə, 3 yanvar tarixində ABŞ-ın Venesuelada təxminən 3 saat davam edən hərbi əməliyyat keçirərək prezident Nikolas Maduronu Nyu-Yorka aparması əvvəlcədən planlaşdırılmış və mərhələli şəkildə icra olunan strategiyanın nəticəsidir:

“ABŞ uzun müddət idi ki, Maduronun qarşısına müəyyən tələblər qoymuşdu. Paralel olaraq Karib dənizi hövzəsində narkokartellərlə mübarizə aparılırdı. Bu proses Maduronun həbs edilməsi üçün qurulmuş planın icra mərhələsi idi.”

Azər Badamov qeyd edib ki, ABŞ Venesuela ərazisində geniş araşdırmalar aparıb və əməliyyata ciddi şəkildə hazırlaşıb. Məhz bu səbəbdən əməliyyat itkisiz və uğurla başa çatdırılıb.

Deputatın fikrincə, bu qərarın arxasında bir neçə strateji məqsəd dayanır:

“ABŞ-ın əsas hədəfi Latın Amerikasında tam nəzarəti bərpa etmək, narkokartelləri məhv etmək və Venesuelanın zəngin neft resurslarına sahiblənməkdir. ABŞ qısa müddətdə bu məqsədlərinə çatdı.”

Azər Badamov əlavə edib ki, Donald Tramp əməliyyatdan sonra Kolumbiyada da oxşar addımların atıla biləcəyi ilə bağlı anons verib. Onun sözlərinə görə, ABŞ Venesuelanın neft resurslarını özünə məxsus hesab edir və bunun tarixi əsasları olduğunu iddia edir.

“ABŞ bildirir ki, 1970-ci illərin əvvəlinə qədər Amerika şirkətləri Venesuelanın neft sənayesinə böyük sərmayələr yatırıb. Lakin sosialist idarəçilik dövründə bu sənaye milliləşdirilib və ABŞ investisiyaları faktiki olaraq dövlətləşdirilib. Vaşinqton bunu açıq şəkildə oğurluq kimi qiymətləndirib.”

Deputat vurğulayıb ki, ABŞ indi yenidən Venesuelanın neft resurslarına nəzarəti bərpa etmək niyyətindədir. Onun sözlərinə görə, Venesuela 303 milyard barel ehtiyatla dünyanın ən böyük neft resurslarına malik ölkələrindən biri olmaqla qlobal neft ehtiyatlarının təxminən 17 faizini təşkil edir.

“ABŞ təkcə Venesuelanın neftinə sahib olmayacaq, eyni zamanda qlobal enerji bazarlarına birbaşa təsir imkanları əldə edəcək.”

Azər Badamov sonda qeyd edib ki, beynəlxalq proseslər açıq şəkildə göstərir:

“Bu gün dünyada güc kimdədirsə, ədalət də faktiki olaraq ondadır və beynəlxalq ictimaiyyət baş verən proseslərlə barışmaq məcburiyyətində qalır".

Afaq Qurbanzadə

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək