Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Maduronun oğurlanmasına Çinin kəskin reaksiyası -
Maduronun oğurlanmasına Çinin kəskin reaksiyası -
Siyasət

Maduronun oğurlanmasına Çinin kəskin reaksiyası - RƏY

Xpress.az Redaksiyası 06.01.2026 12:13

"Venesuela Prezidenti Nikolas Maduronun oğurlanaraq ABŞ-a aparılması Çinin kəskin reaksiyasına səbəb olub. Pekini narahat edən əsas məqamlardan biri Maduronun oğurlanmadan cəmi bir gün əvvəl Karakasda Çindən gələn nümayəndə heyətini qəbul etməsi olub. Bu amil Vaşinqtonun əməliyyatı planlaşdırarkən Çin–Venesuela arasındakı sıx əlaqələri nəzərə almadığını göstərir".

Bu fikirləri v tanınmış politoloq Elxan Şahinoğlu Xpress.az-a açıqlamasında bildirib.

Çin üçün Venesuela Latın Amerikası regionunda mövqelərini möhkəmləndirmək baxımından strateji əhəmiyyət daşıyırdı. Bu baxımdan Maduronun ABŞ-a aparılması təkcə Karakas üçün deyil, Pekinin maraqları üçün də ciddi zərbə hesab olunur.
Xatırladaq ki, Nikolas Maduro 2023-cü ildə Pekində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşündə iki ölkə arasında münasibətlərin “strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldiyini bəyan etmişdi. 2025-ci ilin may ayında Moskvada keçirilən son görüş zamanı isə Si Cinpin Venesuela ilə əlaqələrə strateji və uzunmüddətli perspektivdən baxıldığını vurğulamış, Çinin Venesuelanın dövlət suverenliyini və sosial sabitliyini qətiyyətlə dəstəklədiyini bildirmişdi.
Ekspertin fikrincə, ABŞ Venesuela üzərində nəzarəti əldə etdikdən sonra bu ölkənin Kuba, Rusiya, İran və Çinlə münasibətlərini zəiflətməyə çalışacaq. Bu ehtimalı sözügedən ölkələr də anlayır. Hazırda Çinin Venesuelaya yatırdığı milyardlarla dollar həcmində investisiyanın gələcəyi sual altındadır.
Vaşinqton Venesuelada fəaliyyət göstərən Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edə bilər. Məsələn, Çin neft şirkətlərindən biri 2024-cü ildə Venesuela hökuməti ilə 1 milyard dollar investisiya müqabilində 20 illik müqavilə imzalamışdı. ABŞ-ın vasitəçiliyi ilə Venesuela neftinin Çinə satılıb-satılmayacağı və ya mövcud razılaşmaların davam edib-etməyəcəyi isə hələlik qeyri-müəyyəndir.
Qeyd olunur ki, Çin Venesuelanın ən böyük kreditoru və eyni zamanda ən böyük neft alıcısıdır. Bu ölkənin xam neft ixracının 80 faizdən çoxu Çinin payına düşür. Bundan əlavə, Si Cinpinin təşəbbüsü ilə həyata keçirilən “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində Çin Venesuelada mədənçilik və infrastruktur sahələrində əsas investor mövqeyini qoruyur.
İki ölkə arasında 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi 6,4 milyard ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 52,5 faiz artım deməkdir. Venesuelanın Çinə təxminən 12 milyard dollar borcu olduğu təxmin edilir. Bu məbləğ Çin üçün böyük olmasa da, Pekinin iqtisadi fəaliyyətinin daralması anlamına gəlir.
Məlumata görə, Çin ABŞ-dan Nikolas Maduro və onun həyat yoldaşının sərbəst buraxılmasını tələb edib. Lakin bu tələbin reallaşmasının mümkünsüz olduğu bildirilir və Pekin də bunu anlayır. Buna baxmayaraq, Çin Venesuelada formalaşa biləcək yeni hakimiyyətin Vaşinqtonun təzyiqləri qarşısında Pekinlə iqtisadi əlaqələrdən imtina etməməsi üçün səylərini davam etdirəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək