Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Sülhün açarı Bakıdadır?
Sülhün açarı Bakıdadır?
Siyasət

Sülhün açarı Bakıdadır? 2026-cı ildə regionu dəyişəcək qərarlar

Xpress.az Redaksiyası 06.01.2026 18:34

2026-cı ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin yekunlaşdırılması, sərhədlərin hüquqi baxımdan dəqiqləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər kimi gündəmdədir. Bu istiqamətlər üzrə real irəliləyişin nə zaman mümkün olacağı və prosesin qarşısında duran əsas risklər isə müzakirə mövzusudur.

Mövzu ilə bağlı siyasi elmlər doktoru, sabiq deputat Elşad Mirbəşiroğlu Xpress.az-a açıqlamasında bildirib ki, 2026-cı ildə sülhün əldə olunması üçün kifayət qədər real imkanlar mövcuddur.

Onun sözlərinə görə, geridə qoyulan dövrdə dayanıqlı sülh üçün etibarlı baza formalaşdırılıb:

“Ümumiyyətlə, dayanıqlı sülhün Azərbaycanın təşəbbüskarı olduğu sülh gündəliyinin məntiqinə uyğun olaraq bir sıra mühüm reallıqlar yaradılıb. Regionda kommunikasiyaların açılması, iqtisadi layihələrin icrası, sərhədlərin delimitasiya və demarkasiyası, Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi və ATƏT-in Minsk qrupunun buraxılması sülh sazişinin əsas şərtləridir”.

Elşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycanın irəli sürdüyü iki əsas şərtdən biri artıq yerinə yetirilib:

“Azərbaycanın mühüm tələblərindən biri ATƏT-in Minsk qrupunun buraxılması idi. Artıq bu şərt təmin olunub. Ermənistan Azərbaycanın haqlı mövqeyinə uyğun olaraq Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətə razılıq verib”.

Ekspert vurğulayıb ki, ikinci və daha kritik məsələ Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsidir:

“Ermənistan Konstitusiyasının preambulasında 1991-ci il müstəqillik bəyannaməsinə istinad edilir və orada Azərbaycan və Türkiyəyə qarşı açıq ərazi iddiaları əksini tapır. Bu müddəalar Konstitusiyadan çıxarılmasa, imzalanacaq sülh sazişinin real hüquqi mahiyyəti olmayacaq. Çünki Ermənistan Konstitusiyasında beynəlxalq sənədlərin Konstitusiyadan üstün olmadığı qeyd olunur”.

Onun sözlərinə görə, məhz bu risklər nəzərə alınaraq Azərbaycan tərəfi son dərəcə ehtiyatlı və uzaqgörən siyasət yürüdür:

“Gələcəkdə yeni ərazi iddialarının qarşısını almaq üçün Azərbaycan çox təmkinli davranır. Ermənistan bu məsələdə ciddi düşünməlidir”.

Kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq məsələlərinə də toxunan sabiq deputat bildirib ki, bu istiqamətdə artıq ilkin addımlar atılıb:

“Azərbaycan növbəti dəfə xoşməramlı addım ataraq Rusiyadan və Qazaxıstandan Ermənistana yüklərin öz ərazisi üzərindən daşınmasına şərait yaradıb. Eyni zamanda enerji sahəsində də Azərbaycan–Ermənistan arasında əməkdaşlıq təcrübəsi formalaşıb. Bu, iqtisadi və nəqliyyat layihələrinin reallaşması üçün mühüm siqnaldır”.

Elşad Mirbəşiroğlu vurğulayıb ki, bütün bu proseslər regionda sülh perspektivlərini gücləndirir:

“Azərbaycan həm mövqeyində, həm də praktiki addımlarında sülhün və əməkdaşlığın səmimi tərəfdarı olduğunu nümayiş etdirir. Ermənistan da sağlam məntiqlə və adekvat şəkildə davranarsa, 2026-cı ildə sülhün əldə olunması imkanları kifayət qədər realdır”.

Afaq Qurbanzadə, Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək